Şuşadakı tarixi abidələrin qarşısına löhvələr quraşdırılır
Şuşadakı tarixi abidələrin qarşısına məlumatlandırıcı lövhələr quraşdırılır.
Versus.Az xəbər verir ki, lövhələrin quraşdırılması işləri Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.
Lövhələrin qoyulduğu tarixi tikililər sırasında 19-cu əsrə aid xəstəxana binası, 18-ci əsrə məxsus Əsəd bəyin evi, bulaq abidəsi, 19-cu əsrə aid Üzeyir Hacıbəyovun ev muzeyi, 18-ci əsrə məxsus Xurşidbanu Natəvanın evi, 18-ci əsrə aid Aşağı Gövhər Ağa Məscidi də var.
Bundan başqa, Şuşada yerləşən Şəhidlər Xiyabanının girişinə də lövhə quraşdırılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"