Hafiz Hacıyevdən Hafiz Paşayevə YUBİLEY TƏBRİKİ
"Örnək bir simadır, Allah ona ömür versin"
Bu gün Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Hafiz Paşayevin doğum günüdür.
Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu münasibətlə “Şöhrət” ordenli Hafiz Paşayevi səmimi qəlbdən təbrik edib, ona cansağlığı, uzun ömür arzulayıb.
Yubilyar haqqında ürək sözlərini bölüşən partiya sədri bildirib ki, Hafiz Paşayev ömrünün hər bir mərhələsində, çalışdığı hər bir vəzifədə Azərbaycanın maraqlarını hər şeydən üstün tutub:
“Onun istər siyasi, istər elmi, istər ictimai fəaliyyəti bir məqsədə - Azərbaycanın güclənməsinə, inkişafına xidmət edib. Gəncliyimizə örnək bir simadır. Allah ona ömür versin”.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...