İranda kimya zavodund YANĞIN
İranın Qum şəhərindəki “Moldan” şirkətinə məxsus kimya zavodunda güclü partlayış baş verib.
“Tasnim” agentliyi xəbər verir ki, partlayış nəticəsində müəssisədə yanğın başlayıb.
Hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb olunub.
Hazırda yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. İnsident nəticəsində bir neçə yanğınsöndürənin xəsarət aldığı və xəstaxanaya çatdırıldığı bildirilib.
Hadisə ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan olunub.
“Voyennıy obozrevatel” “Telegram” kanalında yanğının görüntüləri yayılıb. Bildirilib ki, baş verənlərin səbəbi texnogen qəza və ya İsrail tərəfindən törədilən terror aktı ola bilər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"