“Monarxiya ideal variantdır, amma köhnəlib"
Vladimir Jirinovski: "Bunu dəyişməliyik, ingilislər bizə gülürlər"
Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski prezident vəzifəsinin adının dəyişdirilməsini təklif edib.
Versus.az Virtualaz.org-a istinadən xəbər verir ki, o bildirib ki, “prezident” sözü ingilis mənşəlidir.
“ABŞ-dan və İngiltərədən olan uşaqlar bizə gülür, deyirlər ki, baxın, rusların hətta öz sözü də yoxdur ki, rəhbər vəzifəni o sözlə adlandırsınlar”, - Jirinovski bildirib.
Siyasətçinin fikrincə, Rusiyada dövlət başçısının “ali hökmdar” adlanması ideal olardı.
O, “çar” titulunun qaytarılması ideyasını rədd edib. “Monarxiya ideal variantdır, amma köhnəlib, vəssalam”,-Jirinovski deyib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"