Bu hadisə Azərbaycanda baş verib

12:08 04-05-2021 | icon 454 | Cəmiyyət
Bu hadisə Azərbaycanda baş verib

Boşanmış ər-arvad “Facebook”da saxta profillərlə yenidən tanış olublar

 

“Facebook” sosial şəbəkəsindəki “Huquqşünaslar” qrupunda maraqlı hadisə qeydə alınıb.

 

Bu barədə tanınmış vəkil Aqil Layic “Facebook” məlumat paylaşıb.

 

O qeyd edib ki, boşanmış ər və arvad “Huquqşünaslar” qrupunda saxta profillərlə vəkillərdən məsləhət alıb, bu əsnada tanış olub, bir-birinə nömrə verib və nəticədə yenidən dava ediblər:

 

“Ər-arvad boşanmışdı. Hər ikisi də saxta profillə qrupda gecə-gündüz hüquqi suallar yazıb məsləhət alırdılar. Amma bir-birini tanımırdılar. Yenidən saxta profillə bir-biri ilə tanış olurlar və hər ikisi adını yanlış deyir. Xanım keçmiş ərinin narkoman olduğunu, oğlan isə keçmiş arvadının əxlaqsız olduğunu qeyd edir. Münasibətlər irəliləyir və istiləşir. Hər ikisi mələk kimi davranır. Nəticədə bir-birinə nömrə verdikdə bəlli olur ki, bunlar elə söydükləri keçmiş ər-arvad özləri imiş. Söhbət böyüyür və bir-birinin nəsli haqqında yenidən tanışlıq ərəfəsində işlətdikəri pis sözlərə görə real həyatda dava düşür”.

 

“Hər ikisi mənə şikayət edib, digərinin qrupdan çıxarılmasını xahiş etmişdi. Hər iki tərəf iddia edirdi ki, qarşı tərəf qrupa layiq deyil”, - deyə vəkil bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...