“Qaçqınkom”un adı DƏYİŞDİRİLƏCƏK?

12:18 04-05-2021 | icon 455 | Cəmiyyət
“Qaçqınkom”un adı DƏYİŞDİRİLƏCƏK?

Zahid Oruc təklif edib ki, qurum Qayıdış və Quruculuq Komitəsi adlanmalıdır

 

Milli Məclisin iclasında deputat Zahid Oruc Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsini təklif edib.

 

Versus.Az xəbər verir ki, Z.Oruc təklif edib ki, qurum Qayıdış və Quruculuq Komitəsi adlanmalıdır. 

 

“Beləliklə, biz təkcə dövlət-hökumət institutlarını deyil, ictimai-siyasi leksikonumuzu, təhsil, mədəniyyət və ədəbiyyat sistemimizi, kitablarımızı, siyasi proqram və konsepsiyalarımızı parlaq Qələbəmizə uyğunlaşdırmalıyıq”, - deyə deputat bildirib. 

 

Deputat Qarabağın Azərbaycanlı İcmasının ləğvi məsələsinə də toxunub:

 

“Bu, iki mesajın dünyaya verilməsidir: birincisi, status olmayacaq. Yəni, “erməni icması” anlayışı qəbul edilməyəcək. Onlar əlahiddə hüquq və güzəştlər gözləməsinlər, digər etnik qruplar kimi Azərbaycan Konstitusiyasına tabe olub, yaşaya bilərlər. İkincisi, Minsk Qrupunun öz varlığını münaqişə və icmalar üzərindən saxlamaq istəklərinə qarşı da növbəti diplomatik cavabdır”. 

 

O bildirib ki, Minsk Qrupu Qarabağ əvəzinə üç ölkənin arasındakı gərginliyi - Moskva, Vaşinqton və Parisin münasibətlərində illərdir hökm sürən sanksiya müharibələrini çözməlidir. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...