Razi Nurullayev: "Ona görə deyirlər ki, cənnət anaların ayağı altındadır"
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin şəhid və qazi ailələri ilə görüşü davam edir.
Versus.Az xəbər verir ki, deputatın növbəti görüşü şəhid Anar Cavadzadənin ailəsi ilə olub.
Razi Nurullayev şəhidin atası Tahir bəy və hələ də oğlunun ölümünə inanmaq istəməyən anası ilə görüşdə onların qayğıları ilə maraqlanıb, problemlərini dinləyib.
Şəhidin bacısının işlə bağlı çətinlikləri ilə də maraqlanan deputat onun işlə təminatı üçün əlindən gələni əsirgəmiyəcəyini vurğulayıb. Bildirib ki, bu məsələ ilə də bağlı müraciətləri olacaq və müsbət həllinə çlışacaq.
Deputat şəhidlmizin anası ilə bağlı fikirlərini sosial şəbəkələrdə bölüşüb:
"Şəhidin başdaşı hələ qoyulmayıb. Çünki anası istəmirdi ki, oğlunun üstü beton ilə örtülsün. İnanmaq istəmir ölümünə. Analar belədir iştə. Ona görə deyirlər ki, cənnət anaların ayağı altındadır".