Ödəmədən yayınan şirkətlər

15:26 02-11-2018 | icon 548 | İqtisadiyyat
Ödəmədən yayınan şirkətlər

İqtisadi təhlükəsizliyin təmin olunması, fiskal siyasətin uğurla həyata keçirilməsi məqsədilə gömrük orqanları bir sıra yeni layihələr, tətbiqlər həyata keçirir. Xüsusilə, son aylarda aparılan islahatlar çərçivəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması xarici ticarətin asan və sürətli şəkildə həyata keçirməyə imkan verməklə yanaşı, fiskal siyasətin də reallaşdırılmasında mühüm nailiyyətlər əldə olunmasına şərait yaradıb.

 

Gömrük sistemində aparılan bu islahatlar, eyni zamanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, vətəndaş məmnuniyyətinin artırılmasına, ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə xidmət edir. Mütəmadi olaraq sahibkarlarla keçirilən görüşlərdə, komitənin rəsmi internet səhifəsi və media qurumları vasitəsilə görülən işlər barədə məlumat verilib və gömrük orqanlarının qanuni ticarəti daim dəstəkləyəcəyi, onun inkişafı üçün bütün zəruri addımları atacağı bəyan olunub.

 

Lakin ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişafı istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici fəaliyyət iştirakçıları qanunvericiliyin tələblərinə əməl etməyərək idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışır.

 

Dövlət Gömrük Komitəsindən Versus.Az-a verilən məlumata görə, 5722,52 manat əlavə ödəniş etməli olan "Kaspian Standart CO" MMC, 7353,8 manat əlavə ödəniş etməli olan "Polonia-Karqo" MMC və 2241,43 manat əlavə ödəniş etməli olan "Capital-Motors" MMC barəsindətoplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə, 34502,34 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Azerturk Business Group" MMC, 56573,95 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Casamia" MMC, 36847,00 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Polonia-Karqo" MMC və 4274 manat əlavə ödəniş edəcəyi müəyyən edilən"Dincer və Carcioğlu" şirkəti barəsində məlumatlar isə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq İdarəsinə göndərilib və əlavə ödənişlərin ödənilməsi təmin olunub. "Casamia" MMC tərəfindən 2 dəfə idxal edilən yükə aid invoys sənədi isə, ümumiyyətlə təqdim edilməyib. "İtaldizayn Group" QSC-nin tərkibinə daxil olan şirkətlərin invoys qiymətlərində isə 10916,1 avro fərq yarandığı müəyyən olunub.

 

İdxal etdikləri malları dəyərindən az göstərən hüquqi və fiziki şəxslərin adlarını və onların gömrük ödənişlərindən yayındırmağa çalışdıqları vəsaitlərin miqdarını aşağıdakı cədvəldə aydın görmək mümkündür:

 

Hüquqi və fiziki şəxslər

Təqdim olunan invoys

Orijinal invoys

Fərq

Məmmədov Zamiq

20677 ABŞ dolları

39600 ABŞ dolları

18923 ABŞ dolları

"Gold Climate" şirkəti

70000 ABŞ dolları

180000 ABŞ dolları

110000 ABŞ dolları

"Mery Pharma" MMC

10042 ABŞ dolları

14400 ABŞ dolları

4358 ABŞ dolları

"NKM-2015" MMC

 

16220 ABŞ dolları

25391 ABŞ dolları

9171 ABŞ dolları

"Bermud A.Y.T" şirkəti

22427 ABŞ dolları

12355 Avro

204410,95 AZN

"NKM-2015" MMC

14860,20 ABŞ dolları

25464,61 ABŞ dolları

10604,41 ABŞ dolları

"NKM-2015" MMC

15041 ABŞ dolları

27822,06 ABŞ dolları

12781,06 ABŞ dolları

"NKM-2015" MMC

24543,46 ABŞ dolları

44782,10 ABŞ dolları

20238,64 ABŞ dolları

 

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində ayrı-ayrı fiziki və hüquqi şəxslər üzrə verilən sorğulara əsasən, ümumilikdə 552 915 manat məbləğində gömrük dəyərinin düzgün göstərilmədiyi müəyyən edilib, bu da öz növbəsində təxminən 199 049 manat gömrük ödənişindən yayındırılma deməkdir.

 

Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin