Erməni diversantların qaytarılması qarşılığında Ermənistanın öhdəlikləri

16:12 06-05-2021 | icon 793 | Geopolitika
Erməni diversantların qaytarılması qarşılığında Ermənistanın öhdəlikləri

Azərbaycan terrorçu-diversant ermənilərin hamısını geri verəcəkmi?

 

Mayın 4-də Azərbaycan 3 erməni hərbçini Ermənistana qaytarıb. Halbuki Ermənistan 300-ə yaxın hərbçinin (diversantın) qaytarılmasını istəyirdi. Ermənilər iddia edir ki, Azərbaycanda 200-300 arası hərbçi saxlanılır. Xatırladaq ki, keçən dəfə rus sülhməramlılarının komandanı Rüstəm Muradov Bakıdan əliboş qayıtmışdı. Həmin vaxt 62 erməni hərbçinin qaytarılmasından söhbət gedirdi. Azərbaycan tərəfi saxlanılan ermənilərn diversant olduğunu bildirir. Onlar 10 noyabr sazişindən sonra Azərbaycan ərazisində təxribat, diversiya törətdikləri üçün saxlanılıb.

 

Bəs bu proses necə davam edəcək? Azərbaycan terrorçu-diversant ermənilərin hamısı geri verəcəkmi? Bu baş verərsə, qarşılığında hər hansı şərt irəli sürəcəkmi?

 

Onu da qeyd edək ki, Xankəndidən Ermənistan hərbçilərinin çıxması bu prosesin tərkib hissəsi kimi təqdim edilir. Ekspertlər bildirirlər ki, II Qarabağ savaşı bitəndən sonra ələ keçirilən erməni terrorçularını təhvil vermək üçün rəsmi Bakının irəli sürdüyü şərtlər yerinə yetirilməlidir.

 

Versus.az politoloq və millət vəkillərinin məsələ ilə bağlı şərhini təqdim edir.

 

Deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan tərəfinin 3 erməni hərbiçisini Ermənistana qaytarması hər şeydən öncə Prezident İlham Əliyevin postmünaqişə mərhələsini əməkdaşlıq mərhələsi kimi görməsi və bunun üçün real addımlar atmağa hazır olması kimi qiymətləndirilə bilər. Hamıya aydındır ki, müharibə bitib, Azərbaycan qəti qələbə əldə etməklə beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Bundan sonra erməni faşizminin revanşizmi baş qaldırarsa, dərhal məhv ediləcəkdir.

 

Hikmət Babaoğlu: “MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...” -  Modern.Az Azərbaycan və dünya xəbərləri

 

Ona görə də, erməni tərəfi Azərbaycanın bu hərbi-siyasi nəzakətini bir fürsət kimi qiymətləndirməli və dərhal adekvat cavab verməyi bacarmalıdır. Mümkün cavab isə vaxt itirmədən uzun müddət işğal altında saxladığı ərazilərimizdə yerləşdirdiyi minaların xəritələrini Azərbaycana verməsi olmalıdır. Bununla yanaşı birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlı haqqında Ermənistanda olan bütün bilgiləri və məlumatları Azərbaycana bildirməlidir. Revanşist siyasi ritorikaya son qoymalı, kommunikasiyaların açılmasına maneə törətməməli, kin və nifrəti təbliğ etməyə son qoymalıdır. Əgər bu addımları atarsa, həm yeni siyasi reallığı qəbul etdiyini, həm də sonrakı mərhələdə əməkdaşlığa hazır olduğunu nümayiş etdirmiş olar. Çünki regionun gələcək inkişafı və birgəyaşayışı yalnız qarşılıqlı əməkdaşlıqdan və beynəlxalq hüquqla tənzimlənən ədalətli münasibətlərdən keçir”.

 

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

 

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, 10 noyabr birgə Bəyannaməsindən sonra Ermənistanın Azərbaycana göndərdiyi diversantlar əsir alınmalı idi və belə də oldu:

 

“Onlar ilk növbədə beynəlxalq hüquqa uyğun olaraq terrorçudurlar və cəzalandırılmaları Azərbaycanın təbii hüququdur. Hazırda Ermənistanla müəyyən məsələlər var. Onlar həll edilir. Ermənilər ilk növbədə İrəvan sərhədlərinə çəkilməli və Azərbaycana qarşı təxribatlara sərhəddə son qoymalıdır. Həmçinin, Xankəndində ağır texnika və artilleriya vasitələrini çıxarmalıdır. Bundan əlavə minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Göründüyü kimi Ermənistan ötən həftə ağır texnika və artilleriya vasitələrini Azərbaycan ərazisindən, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasından çıxardı. Ardınca Azərbaycan üç erməni diversantlarını azad etdi. Burada Azərbaycanın şərtinə əməl edildi. İlk növbədə Ermənistanla yalnız güc dili ilə danışmaq və diversantları şərtlərimiz yerinə yetiriləndən sonra vermək lazımdır. Həmçinin onlara müvafiq cəza tətbiq etmək lazımdır. Məhkəmənin hökmü ilə cəzalar verilməlidir. Düşünürəm ki, Ermənistanın iddia etdiyi 200-300 əsir məsələsi sadəcə Azərbaycana təzyiqdir. Belə bir iddiaya son verilməsini Azərbaycan qarşı tərəfdən tələb etməlidir. Həmçinin bundan sonrakı diversantları geri verəndə minalanmış ərazilərin xəritəsi ilə mübadilə etməlidir. Ermənistan və Rusiya tərəfi çalışır ki, qarşılıqsız olaraq diversantların azad olunmasına nail olsun. Amma qəti şəkildə buna getmək olmaz və düşünürəm ki, biz öz şərtlərimiz yerinə yetirildikdən sonra həyata keçirilməlidir. Ümumiyyətlə, diversantları mühakimə etmək lazımdır”. /Yeni Müsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin