Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

08:14 07-05-2021 | icon 1379 | Siyasət
Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

“Vətəndaşlara arxa çevirən məmurlara qarşı mövqeyimiz necəsə, söyüş söyən və...”

 

“Bu gündən sosial şəbəkələrdə söyüş söyənlərə, təhqir edənlərə, ona şərait yaradanlara və onların sahiblərinə, dələduzlara və fırıldaqçılara mübarizə aparmaq istəyimi bildirirəm. Hüquqi, siyasi, qanuni yollardan tam istifadə edəcəm və cəzalandırılmalarına nail olacam.

 

Versus.Az xəbər verir ki, bunu şəxsi “facebook” hesabından Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bəyan edib.

 

O, hər kəsi bu addıma qoşulmağa dəvət edib. Bildirib ki, əgər vaxtında dayandırmasaq, hər kəsin qapısı döyüləcək:

 

“Xaricdə olan bu tip adamlara əl çatmırsa, daxildə ailə tərbiyəsini göstərənləri cəzalandıra bilərik. Xaricdə olanlara da hüququn əli ilə çatacağıq və yaxın günlərdə səfirliklərlə görüşə başlayıram, həmin ölkələrə də səfər edəcəm. Hər kəsin ailəsi, uşağı, qızı, gəlini var. Rüşvətxorlara, vətəndaşlara arxa çevirən məmurlara qarşı mövqeyimiz necəsə, söyüş söyən və təhqir edənlərə də eyni olacaq”.

 

Qeyd edək ki, Razi Nurullayev sosial şəbəkələrdə İlham Əhmədov adlı şəxsin fotosunu paylaşaraq, onun kimi dələduzlara qarşı sərt addım atacağını bəyan edib:

 

 

“Şəkildə gördüyünüz İmişli rayonu, Aranlı kənd sakini, fırıldaqçı və dələduz vəkil Əhmədov İlham Qüdrət oğludur. İmişlinin üz qarası. Dələduzluq və fırıldaqçılıq üstündə həbsdə yatıb. Vəkillər kollegiyasından qovulub. Bir neçə nəfərin ərizəsi var ki, onlardan fırıldaq yolu ilə pul alıb ki, işlərini məhkəmədə düzəldəcək. Şəhid ailələrinə və qazilərə belə dil uzadıb. Bu şəxsin fırıldağı və dələduzluğa ilə bağlı əziyyət çəkən qurbanlardan xahiş edirəm ki, mənə müraciət etsinlər. Ayrıca olaraq, çox adamları təhqir edib, söyüb və tərbiyəsizlik edib. Biz onun cəzalandırılmasına nail olmalıyıq və olacağıq. Güzəşt olmayacaq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI