“İMZA”çılar Ümummilli liderin doğum günündə

12:28 10-05-2021 | icon 968 | Cəmiyyət
“İMZA”çılar Ümummilli liderin doğum günündə

Zərifə Əlieyava, Əziz Əliyev və tanınmış həkim-alim Tamerlan Əliyevin də məzarı ziyarət edilib

 

Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

 

Versus.Az xəbər verir ki, bu barədə “İMZA”-İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.

 

Onun sözlərinə görə, Birliyin rəhbər heyəti, kollektiv üvləri və könüllüləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda Ümummili Liderimizin məzarını ziyarət ediblər. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini, vətənə və millətə xidmət ideallarını özü üçün əsas ideoloji xətt olaraq müəyyənləşdirmiş “İMZA”-çıların adından böyük siyasətçinin məzarı önünə əklil və gül-çiçək dəstələri qoyulub. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.

 

İctimai Birliyin sədri Xəyyam Əsgərov və kollektiv üzvləri, o cümlədən də İMZA könüllüləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əlieyavnın da məzarını ziyarət edib, onun nurlu xatirəsini yad ediblər.

Eyni zamanda, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları ziyarət olunub.

 

 

RƏVAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”