“Balenciaga” brendi idman ayaqqabılarından çanta hazırlayıb.
“Korrespondent” nəşri bildirir ki, yeni aksesuarın qiyməti təxminən 2300 dollardır.
Hazırda yalnız brendin rəsmi saytında təqdim olunan çanta öncədən çoxsaylı sifarişlər toplayıb.
Onun iyunun 8-dən etibarən satışa çıxarılacağı gözlənilir.
“SneakerHead Medium” adlı çanta ilk mərhələdə yalnız boz-göy rəng kombinasiyasında istehsal olunacaq. Onun hazırlanmasında ekodəridən istifadə olunacaq.