Hafiz Hacıyevdən RAMAZAN paylaşımı
Hafiz Hacıyev: "Qoy bu RAMAZAN torpaqlarımızın tam azadlığı ilə bağlı dualarımızı gerçəkləşdrsin"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev şəxsi “facebook” hesabında Müqəddəs Ramazan bayramı münasibətilə paylaşımı edib.
Versus.Az xəbər verir ki, bayram təbrikində deyilir:
“Əziz həmvətənlər, əziz müsəlman qardaş-bacılar, sizi Müqəddəs Ramazan Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, tutduğunuz orucun, etdiyiniz duanın, verdiyiniz fitrələrin qəbul olmasını diləyirəm.
Əziz xalqım, mən bu gün ilk dəfədir ki, Ramazan bayramında sizləri könül rahatlığı ilə təbrik edə bilirəm. Çünki artıq o müqəddəs torpaqlarımızı geri qaytararaq üzünüzə alın açıqlığı ilə baxa bilir, ürəkdolusu və həqiqi sevinc hissi ilə bir-birimizi təbrik edə, üzünə səmimi gülüşlə təbəssüm edə bilirik.
Qoy bu Ramazan bayramı işğaldan azad etdiyimiz torpaqlarımızın tam azadlığına qovuşmağımız, Zəngəzurumuzu, İrəvanımızı özümüzə qaytarmağımız kimi diləklərimizi qəbul etsin. Qoy bu Ramazan ölkəmizin daha da dirçəlməsi, dünya gücləri ilə çiyin-çiyinə dayanması üçün hər bir azərbaycanlının etdiyi duaları qəbul etsin. Qoy bu Ramazan torpaqlarımızın azadlığı uğrunda şəhidliyə ucalan övladlarımızı o dünyada rahatlığa qovuşdursun, ruhların şad eləsin, onların ailələrinə sağlıqlı ömür, könül rahatlığı versin. Qoy bu Ramazan qazilərimizi harınlamış məmurların əlində incidilməsinə imkan verməsin, tökdükləri qanı, çəkdikləri əziyyəti əllərində-gözlərində qoymasın. Qoy bu Ramazan Ali Baş Komandanımızı hər zaman başıuca etsin, başda xanımı Mehriban Əliyeva olmaqla ailəsinə sağlıqlı, uğurlu ömür versin. Qoy bu Ramazan Azərbaycan ordusunu hər zaman var etsin, qalib etsin. Amin.”
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...