Azərbaycan tarixində İLK

06:33 13-05-2021 | icon 536 | İdman
Azərbaycan tarixində İLK

Badmintonda ilk dəfə Olimpiadada təmsilşiliyimiz rəsmiləşdi

 

Azərbaycan tarixdə ilk dəfə Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq. 

 

Oxu.Az xəbər verir ki, milli komandamızın lideri Ade Reski Dviçayo lisenziya uğrunda gərgin mübarizədə kişi badmintonçuların şəxsi yarışında bu yay Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dörd illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb. 

 

Olimpiya təsnifat reytinqində 31-ci, dünya reytinqində 69-cu olan Ade olimpiadaya lisenziyanı təmin edib. Xüsusilə 2019-cu ildə Kamerun və Əlcəzairdə keçirilən beynəlxalq turnirlərdə qazanılan qələbələr badmintonçumuzun lisenziya şanslarını əhəmiyyətli dərəcədə artırıb. Avropa Badminton Konfederasiyasının rəsmi saytı (http://badmintoneurope.com/cms/default.aspx?clubid=4685) lisenziya xalları verən yarışlar qalmadığından (bəziləri pandemiyaya görə ləğv olunub), Avropadan olimpiadaya lisenziya qazanan badmintonçuların siyahısını dərc edib. 

 

Yekun siyahı iyunun 15-də Ümumdünya Badminton Federasiyası tərəfindən açıqlanacaq. Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması badmintonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı 10 beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib. 

 

Ade Reski Dviçayo 29 aprel 2019 - 15 mart 2020 və 4 yanvar 2021 - 15 iyun 2021 tairxlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 24 beynəlxalq turnirdə iştirak edib. 

 

Qeyd edək ki, Olimpiya Oyunlarında 38 kişi badmintonçu şəxsi kateqoriyada iştirak edəcək. 35 badmintonçu reytinq xalları sayəsində Olimpiadada mübarizə aparacaq. Digər 3 lisenziya isə Beynəlxalq Olimpiya Komitəsi, Ümumdünya Badminton Federasiyası və lisenziya əldə edə bilməyən qitədən müvafiq ölkənin yerli federasiyasının daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən veriləcək.

 

Onu da bildirək ki, bu, Azərbaycanın Olimpiadada iştirakı rəsmiləşən 21-ci lisenziyasıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür