Qəzza bölgəsində ölənlərin sayı 65 nəfərə çatıb
Mayın 10-dan etibarən davam edən İsrail-Fələstin qarşıdurması nəticəsində Qəzza sektorunda ölənlərin sayı 65 nəfərə çatıb.
Bu barədə TASS bölgənin Səhiyyə Nazirliyinə istinadən məlumat verilib.
Ölənlərin arasında 16 nəfər yetkinlik yaşına çatmayan şəxsin olduğu bildirilib.
Həmçinin, “Al-Quds” qəzetinin məlmatına görə, son günlər ərzində Qəzzaya atılan raketlər 365 nəfərin yaralanmasına səbəb olub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"