Səhv ittihama görə 43 il HƏBS

07:50 14-05-2021 | icon 712 | Maraqlı
Səhv ittihama görə 43 il HƏBS

ABŞ-ın Missuri ştatının Kanzas Citi şəhərinin sakini Kevin Striklend səhv ittihama görə 43 il həbs cəzası çəkib.

 

Bu barədə “New York Post” xəbər verir.

 

Məlumata görə, 1978-ci ilin aprelində şəhərdə üçqat qətl hadisəsi baş verib. 18 yaşlı Striklend xüsusən də afro-amerikalı olduğu üçün şübhəlilər siyahısına daxil edilib. İlk məhkəmədə o, bəraət əldə etsə də, iki ay sonra andlılar məhkəməsi onu təqsirli bilib. Məhkəmənin hökmü ilə Striklend 50 il ərzində şərti azadlıq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.

 

Ötən ilin noyabr ayında yerli qəzetlərdə iki nəfərin 1978-ci ildəki cinayətləri etiraf etdiyi və həmin vaxt Striklendin onlarla olmadığı barədə etiraflarının yer aldığı məqalə dərc olunub. Bundan sonra Cekson dairəsinin prokurorluğu ittihamları nəzərdən keçirməyə başlayıb.

 

Cari ilin may ayında isə işin yenidən baxılması zamanı prokurorlar Striklendin günahkarlıq sübutlarının olmaması səbəbindən dərhal sərbəst buraxılmasını tələb edib.

 

Prokurorluq şahid Sintiya Duqlasın ifadələrinə əsaslanaraq belə tələb irəli sürüb. Məlumata görə, qadın 2009-cu ildə səhv hökmlərlə mübarizə aparan xeyriyyə təşkilatının nümayəndələri ilə əlaqə yaradaraq Striklendə kömək etmək istədiyini bildirib. Ancaq o, 2015-ci ildə ifadə verməyə imkan tapmadan vəfat edir.

 

“Son aylarda dəlillərin nəzərdən keçirilməsində iştirak edən hər kəs Striklendin azadlığa buraxılmasını qəbul edir”, - deyə prokurorluqdan bildirilib.

 

Qeyd edilir ki, reabilitasiya ediləcəyi təqdirdə Striklend ştat tarixində səhv ittihamlarla həbsxanada ən uzun müddətli qalan insan hesab olunacaq.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...