"Paşinyan hələlik dəstəyi Parisdən alıb"

09:32 16-05-2021 | icon 592 | Geopolitika
"Paşinyan hələlik dəstəyi Parisdən alıb"

"44 günlük müharibənin yekunu olaraq bölgədə yeni münasibətlərin qurulması üçün mütləq sərhəd problemlərini də həll etmək lazım idi. Zəngəzur dəhlizinin işə salınmasının və Azərbaycan - Ermənistan arasında sülhün qorunması sərhədlərin delimitasiyası və demarkasiyası olmadan mümkün deyildi".

Versus.az-ın məlumatına görə, bu fikirləri son günlər Zəngəzur bölgəsində yaşanan gərginlikləri şərh edərkən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov söyləyib. Ekspertin sözlərinə görə, Azərbaycan tərəfinin Üçtərəfli Bəyanat və ondan sonrakı prinsipial mövqeyi nəticəsində Putinin də "yaşıl işıq" yandırdığı Azərbaycan və Ermənistan arasında sərhədlərin qurulması prosesinə dekabr ayından başlanılıb:


"Lavrovun Qafqaza səfərindən sonra müəyyənləşdirilmiş sərhədlərdə sərhəd postlarının qurulmasının ikinci mərhələsinə start verildi. Birinci mərhələ Azərbaycanın cənub - qərb torpaqları ilə Ermənistanın cənub - şərq torpaqları arasında sərhədlərin çəkilməsi həllini tapdı. Lakin, birinci mərhələdən fərqli olaraq, indi məlum mövzu ətrafında ciddi spekulyasıyalar baş tutdu. Laçın və Kəlbəcərin sərhədlərinin müəyyənləşdirilməsi zamanı yaranan hay-küy Laçın və Kəlbəcərlə qonşuluqda olan yerli idarəetmə orqanları tərəfindən başladıldı.



İlk saatlardan indiyə qədər Koçaryan tərəfindən idarə olunan KİV-in də ciddi şəkildə Nikol Paşinyana Qaragöl mövzusunda pressinqi davam etməkdədir. Buna cavab olaraq, Paşinyan hakimiyyəti Qaragöl məsələsində Ermənistanda hay-küyün yaranması fonunda pressinq qarşısısında qalaraq geosiyasi kartı oynamağa başladı. Nikol Koçaryanın son zamanlar iqtisadi və siyasi əlaqələrindən istifadə edərək, elektoratını çoxaltması və Qaragöl mövzularının onun reytinqinə mənfi təsir etdiyini başa düşərək növbəti dəfə Fransa - Ermənistan, ABŞ - Ermənistan kartlarını işə saldı. Belə ki, Nikol Paşinyan faktiki olaraq Rusiya qarşısında şərt qoyaraq erməni ictimaiyyətinə Moskvanın mövqeyini bir daha göstərmiş oldu.

O, sabah üzərində məsuliyyət qalmasın deyə, hökumətinin Rusiya tərəfi ilə telefon danışıqları ilə kifayətlənmədi, Rusiya prezidentinə məktub yazdı və məktubda Moskvadan yardım istədi. Beləliklə, fors - major halında "mən Putindən hərbi yardım istədim, lakin o yardımı almadım" tezisini bəyan edəcəyini yazılı sənədlə sabaha saxlamış oldu".

Z.Məmmədov bildirib ki, Qaragöl məsələsində Rusiya erməni ictimaiyyəti qarşısında pis vəziyyətdə qaldı. Ekspert xatırlatdı ki, sərhədlərlə bağlı anlaşma Rusiyanın iştirakı ilə danışılıb: "Təsadüfi deyil ki, Lavrov Qaragöl açıqlamasında "Üçtərəfli Bəyanatın bütün şərtlərin icrasının zəruriliyi vacibdir" dedi. Paşinyan da KTMT və Rusiyaya hərbi yardım üçün müraciət etdi. "Azərbaycan ordusu Ermənistan sərhəddini keçdi, amma Rusiya Ermənistan qarşısında öhdəliyini yerinə yetirmədi" şüarını səsləndirməyə yaxın olan anti - Rusiyaçılar, baxın, bizim dediyimiz həqiqət oldu deməyə başladılar".

Politoloq qeyd etdi ki, Paşinyan hələlik dəstəyi Parisdən alıb: "Fransa Azərbaycan ordusunun öz sərhədləri daxilində olduğunu bilə - bilə Bakını tənqid edən mövqe sərgilədi. Makron qırmızı xətti keçərək Kosova variantını işə salmaq istəyində olduğunu gizlətmədi, müharibə vaxtında olduğu kimi yenidən "Azərbaycanın addımlarını" BMT Təhlükəsizlik Şurasına çıxarmaq üçün addımlar atmaqdadır. Öz növbəsində, Borell timsalında Avropa İttifaqı hələ ki, Makronun mövqeyinə tüpürərək Azərbaycan və Ermənistan arasında sərhədlərin sülh şəraitində müəyyənləşməsinin zəruriliyi haqqında bəyanat verdi. Beləliklə,  mövcud durumda Üçtərəfli Bəyanatda və postmüharibə dövründə əsas maraqlı tərəf olan Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər erməni cəmiyyətində nüfuzunu daha da itirəcək.

Deyiləsi cümlə isə budur: bu torpaqlar Azərbaycan ərazisinə daxildir və Ermənistan ordusu geri çəkilməlidir". Politoloq qeyd edib ki, Paşinyan bu mövzuda Koçaryana uduzdu: "Onun bir yolu qalır, seçkiqabağı daxili auditoriya üçün "günahkar" tapmaq... Koçaryan Qaragöl məsələsində Ara Ayvazyanın və bölgədəki generalların "fəaliyyətləri" nəticəsində - əslində mən bu günlər ərzində bir çoxlarının addımlarını Nikola qarşı qurulmuş oyun kimi başa düşürəm-Paşinyanı tələyə saldı. Koçaryanın idarəetdiyi KİV mövcud durumda Paşinyanın apardığı siyasəti ciddi tənqid etdilər, lakin Rusiyanı diqqətdən kənar qoydular. Fransa isə erməni cəmiyyətində reytinqini ciddi şəkildə yüksəltdi".


Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

“Fənərbağça” rəhbərliyindən U19 komandasını sevindirəcək sürpriz