“Proses Azərbaycanla Ermənistanın istəyindən asılı deyil”

19:40 02-11-2018 | icon 1037 | Siyasət
“Proses Azərbaycanla Ermənistanın istəyindən asılı deyil”

 

 

Fuad Əliyev: “Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara başlasa da problemin həlli mümkün olmayacaq”

 

 

“Formatı dəyişmək nəyisə həll etməyəcək. O cümlədən də Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara başlasa da problemin həlli mümkün olmayacaq”.

 

Bunu Versus.Az-a ALDP sədri Fuad Əliyev millət vəkili Zahid Orucun ATƏT-in Minsk Qrupunun münaqişənin həlli missiyasından uzaqlaşdırılması məqsədilə yeni bir formatın formalaşması təklifi ilə bağlı verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həllində göstərdiyi səylərin yetərsiz, ikili standartlı olması bu fikirlərin dəfələrlə önə çıxmasına səbəb olur:

 

“Belə fikirlər də var ki, həmin üçlüyə Türkiyəni və digər maraqlı dövlətləri də qatmaq lazımdır. Münaqişənin uzanması göstərir ki, proses Azərbaycanla Ermənistanın istəyindən asılı deyil. Əslində bu münaqişə millətlərarası deyil, böyük bir siyasətin nəticəsidir və insanlar bu siyasətin qurbanı olub”.

 

F.Əliyev bildirib ki, formatı dəyişmək nəyisə həll etməyəcək. O cümlədən də Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara başlasa da problemin həlli mümkün olmayacaq:

 

“Birincisi, Qarabağda yaşayan azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar, yəni əvvəllər kampakt yaşadıqları kimi həmin şərait təmin olunmalıdır. Vaxtilə Ermənistanda yaşayan azərbaycanlılar da öz yerlərinə qayıtmalıdırlar. Ən azından bu addımlar atılmalıdır”.

 

Partiya sədri eyni zamanda münaqişənin Türk Birliyi ilə həll olunması məsələsinə toxunub:

 

“Nə türk, nə islam, nə də xristian birliyi bunu həll edə bilməz. Çünki maraqlar öndədir. SSRİ dağıdan qüvvələrin maraqları Avropanı, Qafqazı bölüb. Sadəcə, burda Azərbaycanla Ermənistan hakimiyyətinin ciddi niyyəti olmalıdır”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı