Bir qızıl, bir gümüş və iki bürünc medal

23:44 18-05-2021 | icon 361 | İdman
Bir qızıl, bir gümüş və iki bürünc medal

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatının ikinci günündə sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

 

Əliabbas Rzazadə (57 kq) 1/4 finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyib. Daha sonra 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş İtaliya güləşçisini darmadağın edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisinə uduzan Rzazadə gümüş medalla kifayətlənib. 

 

Zirəddin Bayramov (65 kq) ilk görüşdə rusiyalı idmançıya uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxıb. Moldova təmsilçisinə tam üstünlüklə qalib gələn Bayramov Belarusdan olan rəqibinə də eyni aqibəti yaşadaraq bürünc medala sahib olub.

 

Cəbrayıl Hacıyev (70 kq) Avropa çempionatına Gürcüstan pəhləvanı üzərindəki qələbəylə start verib. İsveçrə təmsilçisinə də heç bir şans tanımayan Hacıyev adını yarımfinala yazdırıb. Rusiya güləşçisiylə görüş olduqca gərgin mübarizə şəraitində keçib. Yekunda minimal hesabla qalib gələn Cəbrayıl finala adlayıb. Həlledici görüşdə Moldova güləşçisiylə çətin keçən mübarizədən də qalib ayrılan Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb və Skopyedə himnimiz səslənib. 

 

İslam İlyasov debütdə Rusiya güləşçisinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz bürünc medal qazanmaq şansı əldə edib. Polşadan olan rəqib təsəlliverici görüşə çıxmadığı üçün İlyasov birbaşa 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Son görüşdə Gürcüstan güləşçisini böyük hesabla məğlubiyyətə uğradan İslam ölkəmizə 2-ci bürünc medalı qazandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI