"Heç kim deyə bilməz ki, İsraildə ərəblərin hüquqları tapdanır"

13:11 19-05-2021 | icon 739 | Geopolitika
"Heç kim deyə bilməz ki, İsraildə ərəblərin hüquqları tapdanır"

Fuad Əliyev: "Bizə dost olan İsraili açıq şəkildə dəstəkləməliyik"

 

İsrail-Fələstin gərginliyi Azərbaycan cəmiyyətinə də təsirsiz ötüşməyib. Sosial şəbəkələrdə müzakirələr gedir: bir qrup İsraili, digər qrup isə Fələstini müdafiə edir. Maraqlıdır, biz hansısa ölkəni müdafiə etməliyikmi?


Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, biz dövlət maraqlarından çıxış etməliyik.

 

Partiya sədri vurğulayıb ki, Azərbaycan dövlətinin İsraillə münasibətləri yüksək səviyyədədir:

 

"İsrail dövləti Qarabağ məsələsində daimə bizi dəstəkləyib. Beynəlxalq tədbirlərdə də bizim haqq sözümüzü müdafiə edib. Qeyd etdiyim dəstəyi və Azərbaycan dövlət maraqlarını nəzərə alaraq bizə dost olan İsraili açıq şəkildə dəstəkləməliyik”.

 

ALDP sədri hər iki tərəfdə dinc əhalinin həlak olması, münaqişəni dinc həllindən uzaqlaşdığını bildirib. Qeyd edib ki, İsrail qanunlarını qəbul edən ərəblər problemsiz yaşayır:

 

İsrailin iki rəsmi dili var - İvrit dili və ərəb dili. Ərəb dili xüsusi statusa malikdir. İsraildə yaşayan ərəblər ərəb məktəblərinə gedirlər. Ərəb məktəblərində islam dərslərinin keçirilməsinə icazə verilir. İsrail parlamentində ərəb partiyası dörd deputatla təmsil olunur. Heç kim deyə bilməz ki, İsraildə ərəblərin hüquqları tapdanır”.

 

F.Əliyev qeyd edib ki, bəziləri din amilini qabardaraq fələstinliləri dəstəkləyirlər. Onun sözlərinə görə, bu, səhv yanaşmadır:

 

"Bu həmin fələstinlilərdi ki, Qarabağ məsələsində erməniləri dəstəkləyirdilər. Bizim yaxın qonşumuz İRAN. İran həmişə erməniləri dəstəkləyib, iqtisadi, hərbi və sosial yardımlar edib. İndi də edir. Suriya, Livan, Liviyə, İordaniya. Bunlar da erməniləri dəstəkləyiblər. Bunlar deməyiblər ki, biz müsəlman ölkəsi olan Azərbaycanı dəstəkləməliyik, Ermənistanı yox”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol