"Qoy Pənah Hüseyn kimilər bizi daş-qalaq etsinlər"

09:47 03-11-2018 | icon 472 | Siyasət
"Qoy Pənah Hüseyn kimilər bizi daş-qalaq etsinlər"

“Bir zamanlar öz dövlətinə, təmsil olunduğu hakimiyyətə qarşı "çirkli planlar" quranlara dəstək verən Pənah Hüseyn səmimi ola bilməz”.

 

Versus.Az cebhe.info-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev ənənəvi müxalifət daxilində hələ də pozucu rol oynayan sabiq baş nazir, AXP sədri Pənah Hüseynin fəaliyyətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, tarixi hadisələri mövcud hakimiyyət öz siyasətinə uyğun dəyişə bilər, amma o tarixin personajlarını əsla dəyişə bilməz:

 

"Elçibəy hakimiyyəti dövründə hakimiyyət uğrunda daxili mübarizə gedəndə "gəlin Elçibəyi devirək, hakimiyyəti götürək ələ" deyənlərə indi də dəstək verən Pənah Hüseyn necə tarixi qəhrəman kimi yaddaşımızda qala bilər? O düşüncəylə yürüdülən siyasət səmimi ola bilməz. Məhz bu cür siyasətin nəticəsində Elçibəy siyasi meydanda tək qaldı. Təəssüflər olsun ki, yenə də tarixi səhvlərdən nəticə çıxarılmır”.

 
AXCP yetkilisi deyib ki, ənənəvi müxalifət artıq xalqın gözündən düşüb:

 

“Yalan ayaq tutar, yeriməz! Xalqın gözü tərəzidir. Qəhrəmanı qəhrəman kimi, satqını da satqın kimi tanıyacağıq. AXCP Razi Nurullayevin sədrliyilə yeni sivil, kübar mübarizə üsulunun tərəfdarıdır. Biz bu yola xalqımızı düşünərək çıxdıq. Qoy Pənah Hüseyn kimilər bizi daş-qalaq etsinlər. Demokratik dəyişiklik uğrunda mübarizəmiz davam edəcək”. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol