Hindistanda "Tauktae" qasırğası 40 nəfərin həyatına son qoyub.
“Arqumentı i Faktı” portalının məlumatına görə, bu barədə Qucarat ştatının baş naziri Vicay Rupani bəyan edib.
Məlumata görə, bir neçə gündür başlayan leysan yağışlarının yaratdığı daşqınlar səbəbindən bir çox rayonlar su altında qalıb, ağaclar və işıq dirəkləri qırılıb.