14-cü dəfə Avropa çempionatının finalına çıxdı

10:41 20-05-2021 | icon 487 | İdman
14-cü dəfə Avropa çempionatının finalına çıxdı

Azərbaycanın üç karateçisi Xorvatiyanın Poreç şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.

 

Versus.Az xəbər verir ki, Monteneqro, Bosniya və Herseqovina, Albaniya və İtaliyadan olan rəqiblərinə qalib gələn P.Abdullayev (-84 kq) finalda Uğur Aktaşla (Türkiyə) qarşılaşacaq.

 

Finaladək Kipr, Fransa, Avstriya, Danimarkadan olan rəqiblərinə qalib gələn İrina Zaretskayanın (-68 kq) isə həlledici görüşdə rəqibi Vasiliku Pnetsidu (Yunanıstan) olacaq.

 

Milli komandanın ağır çəkidə idmançısı Asiman Qurbanlı (+84 kq) isə Avropa çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq. O, yarımfinalda serbiyalı Slobodan Biteviçə məğlub olub. Qitə üçüncüsü olmaq üçün Asiman Qurbanlını Herolind Nişevçi (Kosova) ilə görüş gözləyir.

 

Roman Heydərov (fərdi kata) üç dövrəni uğurla başa vuraraq bürünc medal görüşünə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə onun rəqibi Avropa çempionu Mattia Buzato (İtaliya) olacaq.

 

Qadın karateçimiz Fəridə Əliyeva (+68 kq) zədə aldığından çempionata qatılmayıb.

 

Rafael Ağayev (-75 kq) isə dünən finala vəsiqə qazanıb. Onun 12-ci dəfə qitənin ən güclüsü olmaq imkanı var. Bu onun 14-cü Avropa çempionatının finalı olacaq.

 

Qeyd edək ki, medallar uğrunda həlledici görüşlər mayın 22-də keçiriləcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI