Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” - SƏRGİ

18:02 20-05-2021 | icon 963 | Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” - SƏRGİ

AMEA Milli Azərbaycan Tarixi Muzeyində ikinci Qarabağ müharibəsinin şəhidlərinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi açılıb.

 

Versus.Az xəbər verir ki, ilk ziyarətçilər arasında Azərbaycan torpaqlarının azad edilməsi uğrunda mübarizədə canlarından keçmişlərin yaxınları da var idi.

 

Sərgidə 600-ə yaxın eksponat - şəxsi əşyalar, hərbi geyim, şəhid Azərbaycan hərbçilərinin fotoları və sənədləri nümayiş olunur. Sərgidə 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin iki qəhrəmanı (general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev), həmçinin Vətən müharibəsinin 101 şəhid və qazisinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilmişdir.

 

Sərgidə Azərbaycan istehsalı olan “İti qovan” pilotsuz uçuş aparatının orijinal ölçülü maketi qurulmuşdur. Sərgidə Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizik Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mina Təmizlənmə Agentliyi tərəfindən təqdim edilmiş eksponatlar, həmçinin Ermənistan ordusundan qənimət götürülmüş hərbi geyim, ləvazimatlar və s. da nümayiş olunur. Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, sərginin kuratoru, t.ü.f.d., dos., Səbuhi Əhmədovun qeyd etdiyi kimi, qısa müddətdə kifayət qədər geniş miqyaslı kolleksiya əldə olundu. “Muzeyimiz şəhidlərə məxsus şəxsi əşyaların toplanmasını elan etdikdən sonra yaxınları bizə müharibə qəhrəmanlarının hərbi geyimlərini, saatlarını, fotolarını, məktublarını və sənədlərini gətirməyə başladılar. Bu gün biz bu kolleksiyanın yalnız bir hissəsini təqdim edirik. İki aydan sonra muzeyi ziyarət edənlər eksponatların qalan hissəsini görə biləcəklər. Onların hamısı muzeyin İkinci Qarabağ müharibəsinə həsr olunmuş yeni fondunda yerlərini alacaq ”.

 

Sərgiyə ilk gələnlər arasında qizir Xudayar Yusifzadənin anası Radə Qurbanova və Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova da var. Ürəkləri yana-yana hər vitrinə yaxınlaşıb göz yaşlarını silərək, sərgini seyr edən analar öz cıyər parələrinin də əşyalarını görüb həm kədərlənir həm də fərəh hissi yaşayırdılar. Polad Həşimovun anası, Səmayə xanım, yaxşı bir ifadə işlətdi – o, dedi ki, Polad düşmənin başına enən “dəmir yumruğun” biləyidir. Çünki müharibə sentyabrın 27 deyil, iyulun 14-də, Polad və hərbçi dostlərının düşmən tərəfindən öldürülən gündən başladı. Xudayar isə hamının yaddaşına ifa etdiyi “Vətən yaxşıdır” əsərin ifaçısı kimi həkk olundu. Onun əşyalarının sərgilənən zalda isə elə həmin ifada həmin mahnıı səslənir. Anasının ürəyi parça-parça olsa da, dözür, oğlunun uşaqlıq çağlarından, onu evləndirmək və nəvələrinin böyütmək istəyindən danışır. Həmçinin “Anadır arzulara hər zaman Qarabağ” sərgisinin tərkib hissəsi kimi təşkil olunmuş “Ermənistanın dövlət terrorizmi azərbaycanlı fotoqrafların obyektivində” adlı fotosərgidə 44 günlük müharibə dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələrinin nəticələri, eləcə də 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə həyata keçirilmiş siyasəti nümayiş etdirən 7 fotoqrafın çəkdiyi 50 ədəd fotoşəkil, Gəncə və Bərdəyə vurulmuş raket zərbələrini nümayiş etdirən onlarla eksponat, 4 iriölçülü diorama nümayiş olunur. İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin yaxınları qeyd etdilər ki, oğullarının, ərlərinin, qardaşlarının haqlı bir iş uğrunda, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarından keçməsindən qürur duyurlar. Onlar Azərbaycan xalqının yaddaşında əbədi qalacaq və hamı üçün öz cəsarətinin və vəzifəsinə sədaqətin nümunəsi olacaqlar.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin