“Avroviziya”nın finalçıları
Bu gün Rotterdamın “Ahoy” arenasında “Avroviziya” mahnı yarışmasının ikinci yarımfinalı keçirilib.
Bu mərhələdə iştirak edən 17 ölkə təmsilçisindən yalnız Albaniya, Moldova, Serbiya, Bolqarıstan, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanstan və Finlandiya təmsilçiləri final konsertinə vəsiqə qazanıblar.
İslandiya rok qrupu “Daði og Gagnamagnið” üzvlərindən birinin koronavirusa yoluxması səbəbindən canlı olaraq səhnədə çıxış etməyib. Əvəzində qrupun 13 may məşqi zamanı çəkilən görüntüləri nümayiş olunub.
Qeyd edək ki, müsabiqənin finalı mayın 22-də keçiriləcək. Finalda Azərbaycan təmsilçisi Samirə Əfəndi “Mata Hari” mahnısı ilə çıxış edəcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"