ABŞ-da 11 yaşlı qız uşağını qaçırma cəhdi ilə bağlı video paylaşıldıqdan sonra polis operativ axtarışlara başlayıb və pedofili saxlayıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Eskambiya dairəsinin hüquq mühafizə orqanından məlumat verilib.
Kadrlarda bir kişinin avtomobildən çıxaraq avtobus gözləyən uşağı qaçırmaq istədiyi və maşına tərəf sürüklədiyi görünür. Qız isə ona müqavimət göstərə və qaça bilib.
Polis daha sonra bıçaqla silahlanmış təcavüzkarın tutulduğunu və onun “13 yaşınadək uşağı qaçırma cəhdi”, “ağır hücum və xəsarət vermə” maddələri ilə ittiham olunduğunu bildirib.
Araşdırmalar zamanı adam oğurluğuna cəhd edən floridalı kişinın xüsusən də uşaqlara qarşı seksual cinayətlərlə bağlı kriminal keçmişə sahib olduğu müəyyən edilib.