Oğrunu öldürərək cəsədini mumyalayıb və...
Avstraliyalı Bryus Roberts oğurluq məqsədilə evinə daxil olmuş Şeyn Snellmeni öldürüb.
“Daily Telegraph” məlumat verir ki, hadisə 2002-ci ildə baş versə də, oğrunun cəsədinin qalıqları yalnız 2017-ci ildə, Robertsin ölümündən sonra onun evində aşkar olunub.
Tək yaşayan ev sahibi oğrunu öldürərək cəsədini mumyalayıb və 15 il ərzində evində saxlayıb.
Evə baxış zamanı meyitin ətrafında 70 ədəd hava təravətləndirici balonu da tapılıb. Onların köməyi ilə Roberts cəsədin qoxusunu gizlətməyə çalışıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"