“İMZA”-nın idarə heyətinin toplantısı keçirilib

17:51 24-05-2021 | icon 756 | Cəmiyyət
“İMZA”-nın idarə heyətinin toplantısı keçirilib

Layihələrin, müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi müzakirə edilib

 

“İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin idarə heyətinin toplantısı keçirilib.

 

Bu barədə Versus.Az-a Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.

 

E.Məmmədli bildirib ki, yığıncaqda əsas diqqət İMZA İB-nin fəaliyyət planına uyğun olaraq nəzərdə tutulmuş layihələrin, müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsinə yönəldilib.

 

Cari məsələlərin qısa müddətdə həlli məqsədi ilə addımlar atılacağı, bu istiqamətdə əsas diqqətin beynəlxalq və yerli əhəmiyyətli tədbirlərə yönəldiləcəyi haqqında ətraflı məlumat verən İctimai Birliyin sədri Xəyyam Əsgərov bildirib ki, bütün bu tədbirlərin qayəsində dayanan əsas amal hər zaman vətəndaşın yanında olan dövlətimizə dəstək verməkdir. Beynəlxalq tədbirlərin keçirilməsi isə vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqları təbliğ etmək, ölkəmizin işğaldan azad edilmiş torpaqlarında başlatdığı abadlıq-quruculuq işlərinə dünya birliyinin diqqətini yönəltməkdir. Sədr vurğulayıb ki, bu gün Azərbaycana böyük diqqət və maraq olması ilə yanaşı, ölkəmizin nailiyyətlərini, xüsusi ilə də Vətən müharibəsində qazandığı böyük qələbəni gözü götürməyən, zəfərimizə kölgə salmaq istəyən mariqinal, anti-Azərbaycan, maliyyəsi düşmən erməni lobbisindən gələn ünsürlər dövlətimiz əleyhinə öz qara piarlarını davam etdirirlər. İMZA-çılar 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə olduğu kimi bu gün də öz fəaliyyətləri ilə Azərbaycan əleyhinə yönəldilmiş çirkin kampaniyaların iç-üzünün açılmasında öz səylərini davam etdirir, həqiqətləri yerli və beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırırlar.

 

X.Əsgərov deyib ki, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev və Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın atdıqları hər bir addımın, o cümlədən qəbul etdikləri hər bir qərarın qayəsində vətəndaşımıza xidmət etmək məqsədi dayanır. Ona görə də biz İMZA-çılar da öz işimizi məhz xalqımıza hər platformada, hər fürsətdə ən yüksək səviyyədə xidmət etmək prinsipi üzərində qurmuşuq. Yaxın perspektivdə atılacaq addımlarda, görüləcək tədbirlərdə bu amallarımız bir daha öz əyani təsdiqini tapacaq. Çünki, bizim gücümüz birliyimizdədir!

 

Sonra idarə heyətində təmsil olunan sədr müavinləri Nazim Bayandurov və Günel Məmmədhəsənova, Cənub Regional nümayəndəliyin rəhbəri Xəyal Bəşirov, həmçinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli müzakirə olunan məsələlər haqqında öz rəy və təkliflərini bildiriblər. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün atılacaq addımlar müzakirə edilib və bununla əlaqədar zəruri qərarlar qəbul edilib.

 

RƏVAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...