Poroşenko Antalyada Ukraynanın konsulluğunu açdı

09:30 05-11-2018 | icon 426 | Dünya
Poroşenko Antalyada Ukraynanın konsulluğunu açdı

Ukrayna prezidenti Petro Poroşenko Türkiyənin Antalya şəhərində öz ölkəsinin konsulluğunu açıb.

 

Versus.Az xəbər verir ki, açılış mərasimində çıxış edən Ukrayna prezidenti bildirib ki, bu il Türkiyəyə 1,2 milyondan artıq ukraynalı səfər edib:

 

"Onlardan azı 800 mini məhz Antalyada olub. 30 mindən çox ukraynalı - yerli Ukrayna icmasıdır. Antalyada olan hər bir ukraynalı dövlətin qayğısını hiss etməlidir".

 

P.Poroşenko qeyd edib ki, insanlar Antalyaya yalnız istirahət etmək üçün gəlmir, bu şəhərdə çox sayda beynəlxalq sammitlər keçirilir:

 

"Mən ümid edirəm ki, Ukraynanın Antalyada konsulluğunun olması bizim diplomatlarımıza bu proseslərdə fəal iştirak etməyə imkan verəcək".

 

Açılış mərasimi zamanı P.Poroşenko Ukrayna diasporu ilə görüşüb.

 

Qeyd edəkk ki, Ukrayna perzidenti 3-4 noyabr tarixlərində Türkiyədə rəsmi səfərdədir. Noyabrın 3-ü P.Poroşenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür