Hollivudun tanınmış simalarından olan Şarliz Teron “Netflix”in yeni layihəsi üçün imicini dəyişib.
Aktrisa yeni görüntülərini “Instagram” hesabından paylaşıb.
Onun yeni imici ötən əsrin 30-cu illərini xatırladır. Ulduz “Xeyir və şər məktəbi” filmində Lesso obrazını canlandıracaq.
“Şər rahatlıq tapa bilmir. Nəhayət ki, sizin ledi Lasso ilə tanışlığınız üçün səbirsizlənirəm”, -deyə Teron qeyd edib.
Filmin 2022-ci ildə ekranlara çıxması planlaşdırılıb.