Emeri tarixə düşdü

08:44 27-05-2021 | icon 633 | İdman
Emeri tarixə düşdü

UEFA Avropa Liqasında final oyunu keçirilib.

 

Versus.Az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” klubları üz-üzə gəlib.

 

Polşanın Qdansk şəhərində keçirilən görüşün əsas vaxtında qalib müəyyənləşməyib.

 

Komandalar hərəsi hər hissəyə bir qol vurmaqla oyunu əlavə vaxta aparıblar. Belə ki, qarşılaşmanın 29-cu dəqiqəsində Jerar Moreno “Vilyarreal”ı irəli çıxarsa da, 55-ci dəqiqədə Edinson Kavani “Mançester Yunayted”in bərabərlik qoluna imza atıb.

 

Oyuna əlavə edilmiş vaxtda tərəflərdən heç biri fərqlənə bilməyib.

 

Bunun məntiqi nəticəsi olaraq görüşün taleyini həll etmək üçün penalti vuruşlarına ehtiyac duyulub.

 

Maraqlıdır ki, “Vilyareal” həmin ana qədər meydanda olan 11 oyunçusu da 11 metrlik zərbəni dəqiq yerinə yetirib, amma “Mançester Yunayted”in 10 sahə oyunçusunun əziyyətini qapıçı De Xea yerə vurub. İspaniyalı qapıçı həmyerlilərinə qarşı şansdan yararlana bilməyib və çempionluğu “Vilyareal”a “bağışlayıb”.

 

Qeyd edək ki, “Vilyareal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının tarixinə düşüb.

 

Çalışdırıcı turnirin ən çox qalibi olan baş məşqçi adına yiyələnib.

 

2013/14, 2014/15 və 2015/16 mövsümlərində “Sevilya”nı titula daşıyan Emeri bu dəfə “Vilyarreal”la qalib olub. Bununla da ispaniyalı yarışın tarixinə 4 qat qalib olan ilk məşqçi kimi düşüb.

 

O, üç uğuru olan Covanni Trapattonini arxada qoyub. İtaliyalı 1976/77 və 1992/93 mövsümlərində “Yuventus”la, 1990/91 mövsümündə “İnter”lə uğur əldə edib.

 

UEFA Avropa Liqası
Final
“Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 1:1 (Penalti seriyası - 11:10)

Qollar: Jerar Moreno, 29 - Edinson Kavani, 55

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol