Futboldan gedir

20:36 27-05-2021 | icon 578 | İdman
Futboldan gedir

“Neftçi” və “Keşlə” futbol komandalarının sabiq baş məşqçisi Tərlan Əhmədov futboldan getməyə hazırlaşır.

 

Bu barədə “Report”a 50 yaşlı mütəxəssisin özü məlumat verib.

 

O, özünü başqa sahədə sınamaq istədiyini bildirib:

“Yalnız istirahətdəyəm, iş tapmağa çalışıram. Görürəm ki, futbola lazım deyiləm. Nəticə verdim, alınmadı, qane olmadılar. 2 dəfə axırıncı yerdə gedən komandanı (“Neftçi” və “Keşlə”ni - red.) 3-cü pilləyə çıxardım, dəyər verilmədi. Ona görə başqa sahədə çalışmaq istəyirəm. Nə vaxtadək oturub iş gözləyəcəyəm”?

Əhmədov hansı sahədə çalışacağını hələ müəyyənləşdirmədiyini söyləyib: “Artıq 10 aydır boş-bekar oturmuşam. Adıma o qədər söz-söhbət çıxardılar ki, hər şeydən bezdim. Mətbuatda hərə bir şey yazır ki, Tərlan filan işə görə qovuldu. Amma konkret səbəbini yazan yoxdur. Hər dəfə bir söz eşidib əsəbiləşirəm. İnsanı bir hadisəyə görə çıxararlar. Amma mənimlə bağlı min dənə söz deyirlər. Azərbaycanda hansısa hadisənin baş verməsinə ehtiyac yoxdur. Oyun, nəticə qalır kənarda, olmayan şeyi elə ictimailəşdirirlər ki, kənardan başqa cür görünür. Sonra da üzə durmaqla məşğul olan insanları elə öyrədirlər ki, adam özündən şübhələnir. Kimin sübutu varsa, gəlib desin. Ona görə düşünürəm ki, futboldan kənarlaşsam, daha yaxşı olar”.

 

Mütəxəssis başqa peşəsinin olmadığını vurğulayıb:

“Artıq 50 yaşım tamam olur. Bundan sonra gedib hansısa dövlət orqanında işləyə bilmərəm. Allah bir yol açar. Özüm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm, ali təhsil diplomum var. Amma başqa peşəm yoxdur”.

 

Qeyd edək ki, Tərlan Əhmədov “Neftçi” və “Keşlə” ilə yanaşı, AZAL-da baş məşqçi, “Xəzər Lənkəran”da isə köməkçi-məşqçi kimi çalışıb. O, ötən ilin avqustunda “Keşlə”dən istefaya göndərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF