Minskdə keçiriləcək çempionat təxirə salındı

08:31 28-05-2021 | icon 695 | İdman
Minskdə keçiriləcək çempionat təxirə salındı

Avropa Velosiped İdmanı İttifaqı (UEC) Minskdə keçiriləcək “Avropa Velosiped Çempionatı-2021”ı təxirə salmaq qərarına gəlib.

 

Bu barədə Gazeta.ru məlumat yayıb.

Bundan əvvəl Almaniya və Niderland komandaları Belarus paytaxtına getməkdən imtina etmişdilər. Həmin ölkələrin milli idman federasiyalarının bu qərarı verməsinə səbəb “Ryanair” təyyarəsinin Minskə təcili enişi ilə bağlı hadisədən sonra Avropa İttifaqı ölkələri ilə Belarus arasında hava nəqliyyatının məhdudlaşdırılması olub.

 

“Beynəlxalq müzakirəyə çevrilən vəziyyəti Belarus Velosiped İdmanı Federasiyası (BFVS) ilə birlikdə izlədik və bu gün idarə heyəti iclasında Minskdəki tədbiri təxirə salmaq qərarına gəldik”, - deyə qurumun mətbuat xidmətindən bildirilib.

 

Qeyd edək ki, velosiped idmanı üzrə dünya çempionatı Minskdə 23-27 iyun tarixlərində keçirilməli idi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol