Respublika Gününü Şuşada qeyd edirik
Azərbaycan son 30 ildə ilk dəfədir ki, 28 May – Cümhuriyyət bayramını ərazi bütövlüyünü bərpa etməsi şəraitində keçirir. Bu, böyük qürur hissidir.
1918-ci il 28 May günündə Azərbaycan ilk dəfə siyasi arenaya müstəqil dövlət kimi daxil oldu, cümhuriyyətin elan edilməsi Azərbaycanın dünyada tanınması baxımından da önəmli idi.
Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və neçə-neçə xadim AXC-nin baniləri kimi tarixə imzalarını atıblar.
AXC Şərqdə ilk demokratik respublika idi və məramı hüququn aliliyi, dünyəvilik prinsipləri üzərində elan edilmişdi.
Azərbaycanda AXC xadimlərinin misilsiz xidmətləri dövlət səviyyəsində də yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev çıxışlarında AXC və onun qurucuları haqqında müsbət fikirlər səsləndirib.
Təsadüfi deyil ki, Azərbaycanda 2018-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdi.
Heydər Əliyev Fondunun dəstəyi ilə AXC-dən bəhs edən “Əbədi ezamiyyət” və “Son iclas” sənədli filmləri çəkilib və böyük maraqla izlənilib.
Bu gün AXC-nin yadigarı olan Azərbaycan bayrağı Şuşada dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev qəlbləri fəth edən bu bayrağı işğaldan azad edilmiş ərazilərdə qürurla qaldırıb.
Görkəmli Cümhuriyyət xadimi, dövlət himnimizin musiqisinin müəllifi Üzeyir bəy Hacıbəylinin güllələnmiş büstü Şuşaya qaytarılıb.
Artıq “AXC qurucularının da, Üzeyir bəy Hacıbəylinin də ruhu şaddır” deyə bilərik...
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...