ALDP sədri: “Parlament seçkiləri apreldə keçiriləcək”

09:54 05-11-2018 | icon 749 | Siyasət
ALDP sədri: “Parlament seçkiləri apreldə keçiriləcək”

 

“Növbədənkənar parlament seçkilərinə də, bələdiyyə seçkilərinə də hazırlaşırıq”

 

 

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi heç nəyi dəyişməyəcək. Yəni fövqəladə nəsə baş verməyəcək”.

 

Bu sözləri Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. Partiya sədri buna səbəb kimi müxalifətdaxili çəkişmələri önə çəkib.

Partiya sədri hər şeydən əvvəl cəmiyyətin  özünün növbədənkənar seçkilərə hazır olmadığını deyib:

 

 “Birinci növbədə gərək partiyaların özləri seçkidə iştirak etmək istəyində olmalıdılar.  Hələ də müxalifət daxilində çəkişmələr gedir. Bir-birini qəbul etmirlər. Qəbul edən partiyalar da artıq hansısa fikrə görə bir-birini qınayır və birlikləri pozulur”.

 

Onun sözlərinə görə, son günlər bəzi partiyaların guya yenilik kimi ortaya atmaq istədikləri “parlamentin ertəlnməsi” məsələsi də artıq xeyli müddətdir müzakirə olunur:

 

“Biz növbədənkənar prezident seçkilərinin keçiriləcəyini deyirdik və hazırlaşırdıq. İndi də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini deyirik və buna hazırlaşırıq. Düşünürəm ki, növbədənkənar parlament seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək.”.

 

ALDP sədri siyasi müxalifətin aktiv olmasının vacibliyini vurğulayıb:

 

“Ümumiyyətlə, nəinki növbədənkənar parlament seçkilərinə, bələdiyyə seçkilərinə də hazır olmaq lazımdır. Biz ALDP olaraq bu seçkilərin keçirilməsində maraqlıyıq və hazırlaşırıq. Ümumiyyətlə, hər bir partiya seçkiyə hazır olarsa, təbii ki, vətəndaşlar da ən azından seçkiyə getmək üçün hazır olacaqlar. Amma görünən budur ki, partiyalar hazır olmadıqları kimi, vətəndaşlar da bu prosesə hazır deyillər”.

 

Partiya sədri qeyd edib ki, Siyasi Əməkdaşlıq Mərkəzində (SƏM) prezident seçkilərində də, hazırda gündəmdə olan növbədənkənar parlament seçkisi öncəsi də dəfələrlə müraciət səsləndirilib ki, müxalifətin birliyi olmalıdır:

 

“Birlik olmasa mümkün olmyacaq. Görürsüz ki, biz tədbirlər keçiririk, amma digər özlərini böyük hesab edən partiyalar gəlmirlər. Guya onların gəlməməsi nə isə bir dəyişiklik edəcək? Əksinə, ziyan vurur”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol