Jurnalist efirdən uzaqlaşdırıldı

06:49 01-06-2021 | icon 493 | İdman
Jurnalist efirdən uzaqlaşdırıldı

Belçikanın RTBF telekanalı “Formula 1” yarışlarını şərh edən jurnalist Mark Duesi müvəqqəti olaraq işindən kənarlaşdırıb.

 

“Sport1” xəbər verir ki, buna səbəb aparıcının “Böyük dəbilqə” seriyalı turnirlərin 23 qat qalibi Serena Uilyamsın haqqında təhqiramiz ifadələr işlətməsidir. 

 

Xatırladaq ki, S. Uilyams fəxri qonaq olaraq “Formula 1”in Monako Qran-Prisinin yarışlarında iştirak edib və ona finiş xəttində yarış iştirakçılarını damalı bayraqla qarşılamaq həvalə olunub.

 

Bu barədə məlumat alan aparıcı canlı efirdə S. Uilyams barədə xoşagəlməz ifadələr istifadə edib.

 

“Serena Uilyams bu gün həmişəkindən fərqli olaraq nə isə başqa bir şeyi yelləyəcək”, - deyə jurnalist qeyd edib.

 

O, həmçinin efirdə ABŞ-dan olan tennisçinin dostlarından birini “eybəcər” adlandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı