Alimlərdən yeni koronavirus XƏBƏRDARLIĞI
"Bu virusun “yayılmasının baş verməsi”nin araşdırılması son dərəcə vacibdir"
Koronavirus və yoluxucu xəstəliklər üzrə amerikalı mütəxəssis Piter Hotez COVID-19-un mənşəyinin diqqətlə öyrənilməli olduğunu açıqlayıb.
“RİA Novosti” xəbər verir ki, o əks halda bəşəriyyətin COVID-26 və COVID-32 ilə qarşılaşa biləcəyini deyib:
“Bu, 21-ci əsrdə (SARS və MERS-dən sonra) üçüncü böyük koronavirus epidemiyası və ya pandemiyadır. İndiki ardıcılın üçüncüsüdür. Ana təbiət bizə nələrin baş verəcəyini söyləyir: COVID-19-un mənşəyini tam anlamadığımız təqdirdə COVID-26 və COVID-32 də olacaq”.
Alimin fikrincə, yeni koronavirusun “yayılmasının baş verməsi”nin araşdırılması son dərəcə vacibdir. Bunun üçün virusoloqlar, epidemioloqlar və digər mütəxəssislər yenidən epidemiyanın başladığı Çinin Uhan şəhərinə göndərilməlidir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"