“Uşaqların müdafiəsi bəşəri svilizasiyanın başlıca əsasıdır”

12:11 01-06-2021 | icon 467 | Cəmiyyət
“Uşaqların müdafiəsi bəşəri svilizasiyanın başlıca əsasıdır”

Səbinə Xasayeva: “1 İyun Azərbaycanda dünyəviliyə, bəşəriliyə sədaqət rəmzi kimi qeyd ediləcək”

 

“Uşaqların müdafiəsi hər bir dövlətin daxili siyasəti olmaqla yanaşı, bəşəri svilizasiyanın başlıca əsasıdır. Uşaqların sağlamlığı gələcəyin inkişafı, güclü dövlət quruculuğunun qarantıdır. Təbii olaraq, Azərbaycan dünyəvi, bəşəri, demokratik dəyərləri əsas götürən bir dövlət olaraq siyasətinin əsas prioritetlərindən biri kimi uşaqların qayğısına qalmaq, təhsilinə, vətəndaş kimi formalaşmasına xüsusi diqqət göstərir”.

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Səbinə Xasayeva 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı açıqlamasında bildirib.

 

Deputat dünya üzrə beynəlxalq təşkilatların hərəsinin öz funksiyaları, yaratdıqları təsisatların yerinə yetirməli olduğu vəzifələrin olduğunu deyib:

 

“Dünyada elə beynəlxalq günlər müəyyənləşdirilib ki, onların hər hansı dövlətin siyasi kursu, tolerantlığa münasibəti ilə heç bir bağlılığı yoxdur. Yeni İl, 8 Mart və nəhayət 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü də belə qeyd olunan günlərdəndir”.

 

Səbinə Xasayeva istilaçı, faşist ideologiyası ilə yoğrulan bir sıra dövlətlərin öz məkirli niyyətlərini həyata keçirərkən uşaqlara belə aman vermədiyini 30 illik işğal tariximizdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım və terror aktları ilə müşahidə olunduğunu önə çəkib:

 

“Öz dövlətinin uşaqlarının qayğısına qalmaq istəyən dövlət başqa dövlətlərin uşaqlarının da taleyinə can yandırmalıdır. Ermənistan belə dövlət olmayıb. Erməni millətçiləri, erməni millətçilərinin yolunu davam etdirən ermənilər ötən əsrin əvvəllərində minlərlə körpəni, uşağı xüsusi qəddarlıqla öldürüb.  Dünya dövlətləri bu vandallığa ciddi münasibət bildirməyib. Hələ də cinayətkarlar öz əməllərinə görə beynəlxalq məhkəməyə çıxarılmayıb.

Ermənistan Azərbaycana qarşı başladığı elan olunmamış müharibədə neçə-neçə günahsız körpənin qanına susadı. İşğalçı erməni cinayətkarları Ağdamda Əli ilə Bəxtiyarı öz həyətlərində oynayarkən güllə atəşi ilə qətlə yetirdilər. Bu uşaqlar müharibənin ilk şəhidləri oldu. Ermənilərin vəhşilikləri Xocalı qırğınında 63 uşağın amansızcasına qətlə yetirilməsi ilə davam etdi. 2016-cı ildə 18 aylıq Zəhra erməni gülləsi ilə öldürüldü. Dünya ictimaiyyəti isə susdu”.

 

Deputat nəhayət bu gün Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etdiyini və şəhidlərimizin ruhunun narahatlıqdan qurtardığını deyib:

 

“Çünki sərhəd boyu, eləcə də Xocalıda, son 44 günlük müharibə dövründə hərbi cinayət törədərək Gəncəyə, Bərdəyə, Tərtərə yağdırdığı qadağan olunmuş erməni raketlərinin dağıntıları altında qalaraq həlak olan Azərbaycan uşaqlarının, anaların, qocaların ahı yerdə qalmadı.

Bu gün tolerant dövlət olan Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü də dünyəviliyə, bəşəriliyə sədaqət rəmzi kimi qeyd ediləcək”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...