Nyutonun nadir əlyazmaları hərracda

06:51 02-06-2021 | icon 450 | Maraqlı
Nyutonun nadir əlyazmaları hərracda

İsaak Nyutonun (1642-1727) nadir əlyazmaları “Christie's” auksionunda 849 min – 1,1 milyon dollara hərraca çıxarılacaq.

 

Versus.az xəbər verir ki, hərrac iyulun 8-də keçiriləcək.

 

Kolleksionerlərə Nyutonun “Natural fəlsəfənin riyazi başlanğıcı” əsərinin iş versiyası təqdim olunacaq. Görkəmli fizikin avtoqrafı ilə olan latın dilində bu elmi sənəd Nyutonun fundamental əsərinin ikinci nəşrinin qaralaması olub ki, yekunda alim onu atıb.

 

“Christie's” hərrac evinin Kitab və əlyazmalar şöbəsinin rəhbəri Tomas Venninqin sözlərinə görə, Nyutonun avtoqrafı olan elmi əlyazmaları bazarda çox nadir hadisədir. Avtoqrafla olan “Prinsiplər” versiyası (Natural fəlsəfənin riyazi başlanğıcı) isə 20 ildən çoxdur ki, açıq hərraca çıxarılmayıb.

 

Əlyazmaya maraq, həmçinin onunla əlaqədardır ki, bu elmi yazı şotland riyaziyyatçısı və astronomu Devid Qreqorinin (1659-1708) şərhləri ilə tamamlanıb. Qreqori 1694-cü ildə Kembricə gedərkən Nyutonla sıx əməkdaşlıq edib. Əlyazma Qreqorinin arxivində 1860-cı illərə qədər saxlanılıb.

 

“Natural fəlsəfənin riyazi başlanğıcı” əsəri qravitasiya və hərəkətin universal fiziki qanunlarını izah edir. Bu əsərində Nyuton ümumdünya cazibə qanununu və onun kosmosda birləşdirici rolunu müəyyən etməyə nail olub. 1687-ci ildə işıq üzü görmüş bu əsər dünyada nəzəri fizikanın, mexanikanın və astronomiyanın əsasına çevrilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı