Koronavirusun xüsusi narahatlıq doğuran 4 variantı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun xüsusi narahatlıq doğuran dörd variantını müəyyənləşdirir.
Versus.az xəbər verir ki, bunu ÜST mütəxəssisi Maria van Kerxove brifinqdə Vyetnamda aşkar yeni koronavirus növü ilə bağlı sualı cavablandırarkən söyləyib.
O bildirib ki, Vyetnamda yayılan sözügedən virus ÜST üçün artıq bilinən bir variantdır:
“Ümumilikdə, bizim üçün koronavirusun xüsusilə maraq doğuran dörd variantı mövcuddur. Lakin bu variantlara qarşı müvafiq tədbirlər yaxşı işləyir. Eyni zamanda bütün ölkələrdən bir daha sayıq qalmalarını xahiş edirik”.
Van Kerxove əlavə edib ki, Vyetnamda təsbit edilən variantın insanlar arasında daha asan yayıldığı ÜST-ə məlumdur.
Qeyd edək ki, daha əvvəl Vyetnamın elm adamları hava yolu ilə asanlıqla, sürətlə yayılan, İngilis və Hindistan ştammlarının hibriti kimi xarakterizə edilən yeni koronavirus növü aşkar etdiklərini söyləmişdilər. Vyetnam səlahiyyətlilərinə görə, yeni növ, əsasən ölkənin şimalında - Bakzyanq və Bak Ninin əyalətlərində qeydə alınıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"