Dil normalarının pozulmasına görə inzibati cəza...

17:04 05-11-2018 | icon 385 | Siyasət
Dil normalarının pozulmasına görə inzibati cəza...

 

Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə hətta inzibati cəza tədbirləri həyata keçirilə bilər.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O qeyd edib ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin fərmanına əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq:

 

"Mərkəz Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək".

 

Monitorinq Mərkəzinin publik hüquqi şəxs olacağını xatırladan M.Nağısoylu bu səbəbdən həmin qurumun müvafiq pozuntuların qarşısını almaq üçün müəyyən səlahiyyətlərinin olacağını da nəzərə çatdırıb:

 

“Qurumun səlahiyyətləri olacağı üçün ədəbi dil normalarının qorunması məqsədilə görülən işlər daha ciddi şəkildə, daha məsuliyyətlə həyata keçiriləcək. Pozuntuların qarşısının alınması üçün qanunvericlik aktlarında dəyişikliklər barədə təkliflər də hazırlanacaq”.

 

Bir çox ölkələrdə ədəbi dil normalarının pozulmasına görə inzibati cəza tədbirlərinin tətbiqi təcrübəsinin olduğunu söyləyən akademik hesab edir ki, bu tədbir dil normalarının pozulması hallarının qarşısını almağa yardım edər.

M.Nağısoylu ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün digər təkliflərini də açıqlayıb:

 

“İşçilərin attestasiyası keçirilə, dövlət qulluğuna işə qəbul zamanı dövlət dilini bilmə səviyyəsi ciddi şəkildə yoxlanıla bilər. Eləcə də KİV-lərdə işə qəbul zamanı ana dilini bilmə ilə bağlı ciddi tələblər qoyulmalıdır. Maarifləndirmə tədbirləri gücləndirilməlidir”.

 

İnstitut direktoru hesab edir ki, ümumilikdə Monitorinq Mərkəzinin yaradılması və müvafiq tədbirlərin görülməsi ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması işinə müsbət təsir göstərəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür