Koronavirusu xəbərsiz keçirənlər vaksin vurdura bilər?

14:33 02-06-2021 | icon 619 | Sağlamlıq
Koronavirusu xəbərsiz keçirənlər vaksin vurdura bilər?

Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyə Klinikası, Klinik Diaqnostik Laboratoriyasının müdiri Yavər Hacısoy virusu gizli keçirənlər və ya daha çox yaxma analizi vermədən ev şəraitində müalicə almış insanların immunitet sertifikatı əldə edə bilməməsi məsələsi barədə açıqlama verib.

 

Y.Hacısoyun sözlərinə görə, orqanizmdə olan igG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir mənbədə məlumat yoxdur:

“Yəni siz xəstələnib sağaldıqdan sonra bədəndə anticisimlərin az miqdarda qalması vaksinasiyaya əks göstərici deyildir və hər hansı bir fəsad doğura bilməz. Onu da qeyd edim ki, xəstəliyi xəbərsiz və ya ev şəraitində yüngül keçirən insanlarda ciddi anticisimlərin yaranması da müşahidə olunmur. Bu səbəbdən seraloji müayinənin pozitiv olduğu halda belə peyvənd orqanizmə daha güclü dəstək olacaq”.

 

Həkim bəzən vətəndaşların qanın ümumi analizi vasitəsi ilə virusun aşkarlanacağını düşünməsi barədə də danışıb:

“Ümumi qan analizi əsasən qanımızda hüceyrələrin miqdarını və vəziyyətini göstərir. Qan hüceyrələri hansılardır: eritrositlər, leykositlər, trombositlər. Trombosit əslində hüceyrə qalığı kimi hesab olunur. Qanın kliniki analizinin göstəricilərinin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki, bu vəziyyətlər həm hər hansı xəstəliyin simptomu, həm də müstəqil patologiya zamanı ola bilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...