Adınıza daşınmaz əmlakın olub-olmadığını yoxlaya bilərsiz

17:47 02-06-2021 | icon 779 | İqtisadiyyat
Adınıza daşınmaz əmlakın olub-olmadığını yoxlaya bilərsiz

“Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verilib.

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, artıq müraciət edən şəxs adına daşınmaz əmlakın olub-olmaması barədə arayışı Xidmətin ərazi idarələrinə müraciət etməklə yanaşı, elektron qaydada da əldə edə bilər.

 

Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına daxil olmalıdır.

 

Bundan sonra “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə (portalın xidmət bölməsində 15-ci sıra) keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir. Açılan pəncərədəki müvafiq məlumatları doldurduqdan sonra müraciət göndərilir və ardınca təsdiqetmə bildirişi monitorda görünür. Bildirişdə qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir.

 

Arayış hazır olduqdan sonra müraciət edən şəxsə xidmət haqqının onlayn qaydada ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə daxil olaraq “Elektron arayışlarım” alt bölməsindən ona məxsus daşınmaz əmlaka dair arayışla tanış olur.

 

Qeyd edək ki, müraciət edən şəxsin adına hər hansı daşınmaz əmlak aşkar edilmədikdə, xidmət haqqı tələb olunmur. İstifadəçinin adına daşınmaz əmlakın mövcud olmaması barədə SMS bildiriş həmin şəxsin mobil nömrəsinə göndərilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı