İtlə düzgün rəftar etmək üçün tövsiyələr

06:36 04-06-2021 | icon 487 | Maraqlı
İtlə düzgün rəftar etmək üçün tövsiyələr

Əgər it qaçaraq üstünüzə gəlirsə, düz durmaq və tərpənməmək lazımdır. Qışqırmaq, əl-qol ataraq qaçmaq, itə baxmaq (həyəcanlı baxışı təhlükə kimi qiymətləndirə bilər) olmaz.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Kinoloqlar Federasiyasının prezidenti Vladimir Qolubev xəbərdarlıq edib.

 

Mütəxəssisin sözlərinə görə, yetkinlər uşaqlara heyvanlarla təhlükəsiz ünsiyyəti öyrətməlidir.

 

“Hətta öz ailələrində olmasa belə, uşaq başqalarının ev heyvanları ilə necə davranmalı olduğunu, fövqəladə vəziyyətdə nə edəcəyini bilməlidir. Bəzən hətta sevimli ev heyvanı belə onunla davranış sərhədlərinin pozulduğu, ya da narahat edildiyi üçün uşağı dişləyə bilər. Uşaqlara itlə ünsiyyət yol hərəkət qaydaları kimi öyrədilməlidir”,  - deyə Qolubev bildirib.

 

Ekspertin fikrincə, başqasının iti ilə ilk görüşdə uşaq mütləq sahibindən icazə istəməli və heyvanın ünsiyyət qura bildiyinə əmin olmalıdır:

“Sahibi icazə verdiyi təqdirdə itə yaxınlaşmalı və iyləməsi üçün ovucunu irəli uzatmalıdır. İt kontakta girərsə yavaşca onun çənəsinin altını, sinəsini və boğazını qaşımaq olar”.

 

 

Qolubev uşağa itlərin bədən dili ilə göndərdiyi siqnalların öyrədilməsinin vacibliyini qeyd edib.

“İt yalanır, əsnəyir və ya gözlərini yumursa, başını, yaxud bütün bədənini çevirirsə bu narahatlıq  əlamətidir. Bu vaxt iti sakit buraxmalı, heç bir halda qucaqlamağa və ya oynamağa məcbur edilməməlidir”, - deyə mütəxəssis vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı