Nazirdən Kəlbəcərdəki son hadisəyə görə UNESCO-ya ÇAĞIRIŞ

10:41 05-06-2021 | icon 882 | Mədəniyyət
Nazirdən Kəlbəcərdəki son hadisəyə görə UNESCO-ya ÇAĞIRIŞ

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov Kəlbəcərdə minaya düşərək şəhid olan media nümayəndələri ilə bağlı açıqlama verib.

 

Versus.Az xəbər verir ki, A.Kərimov “Twitter” hesabında yazıb ki, jurnalistlər fəaliyyətlərinə görə qurban olmamalıdırlar.

 

“Kəlbəcərdə iki jurnalistin ölümü Ermənistanın öz öhdəliklərinə hörmətsizliyinin dəlilidir”, - deyə A.Kərimov bildirib.

 

Nazir bildirib ki, UNESCO digər insanların həyatlarını xilas etmək üçün mina xəritələrini tələb etməlidir.

 

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

 

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

 

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...