"Universitetlərimiz müasir təhsil verə bilmir"

09:26 07-06-2021 | icon 872 | Təhsil
"Universitetlərimiz müasir təhsil verə bilmir"

Kamran Əsədov: "Kadr hazırlığı həyata keçirməkdə çətinlik çəkilir"

 

Azərbaycan ali təhsil müəssisələri xarici ölkələrin universitetləri ilə rəqabət aparmaq iqtidarında deyil.

 

Versus.Az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov ölkəmizdəki ali təhsil müəssisələrinin müasir təhsil sistemi ilə müqayisəsindən danışarkən deyib.

 

K.Əsədov bildirib ki, ali təhsil müəssisələrimiz müasir dövrün tələblərinə və əmək bazarının standartlarına uyğun kadr hazırlığını həyata keçirməkdə çətinlik çəkir:

 

"Azərbaycan universitetlərinin maddi-texniki bazaları çox zəifdir, müasir dövrün tələblərinə uyğun laboratoriya və digər infrastrukturları yoxdur. Bunun əsas səbəbi həmin universitetlərin uzun müddət eyni ərazidə yerləşməsidir. Etiraf edək ki, bu gün dünya təhsil sistemi və universitetlər sistemi yeni bacarıqları özündə əks etdirən, məhsul istehsal edə bilən və azxərcli ali təhsil binaları tələb edir".

 

Ekspert vurğulayıb ki, Azərbaycan ali təhsil müəssisələrində kadr potensialının, xüsusən, texniki və təbiət fənləri, proqramlaşma, kompüter elmləri, informasiya texnologiyaları ilə bağlı çox zəif tədris sistemi həyata keçirilir:

 

"Bu səbəbdən Azərbaycan ali təhsil müəssisələri xarici ölkələrin universitetləri ilə rəqabət aparmaq iqtidarında deyil”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...