İnam Kərimov fenomeninə qısaca NƏZƏR

10:27 07-06-2021 | icon 1686 | Cəmiyyət
İnam Kərimov fenomeninə qısaca NƏZƏR

Bu gün İnam Kərimovun 44 yaşı tamam olur

 

MÜRVƏT HƏSƏNLİ
(iş adamı)

 

Bir insanın ləyaqəti gördüyü işlə, istedadı və qabiliyyəti ilə iddialarının hasili qədərdir. Yəni qabiliyyətin və faydalı iş əmsalın iddialarından nə qədər böyükdürsə, sən bir o qədər ləyaqətli adamsan. Yox, iddiaların yerə-göyə sığmadığı halda qabiliyyətin bir zərrə qədərdirsə, gülüş obyektinə çevrilər və nüfuzunu itirərsən. Bu da sənin ləyaqətini alçaldar. Odur ki, atalar boş qazanın səsinin gur çıxmasına rişxəndlə yanaşdığı halda, daha çox bar gətirən ağacların başını daha çox aşağı salmasını alqışlamışlar.

 

 
 
Kənd təsərrüfatı naziri İnam Kərimov da mənim üçün ləyaqətli insan simvoludur. Onun bundan əvvəl Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ilk sədri olması, qurum rəhbəri kimi, bir çox ölkələrdə Azərbaycan brendi kimi tanınan “ASAN Xidmət”i yaratması İnam Kərimovun novatorluğundan xəbər verir. Məhz bir yenilikçi kimi Sosial İnnovasiyalar Agentliyinin quruculuq mərhələsində ona tapşırılması da təəccüblü deyil.
 
 
Sözsüz ki, İnam Kərimov bu yenilikçi ruhunu yetişdiyi ortama aldığı təhsilə borcludur. 1977-ci il iyunun 6-da Bakı şəhərində ziyalı ailəsində anadan olan İnam Kərimov 1984-cü ildən 1994-cü ilə qədər S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alır. Bu onun həyata fərqli baxışının formalaşmasında önəmli rol oynayır. Çünki Humanitar fənlər Gimnaziyası digər orta məktəblərdən fərqli olaraq, şagirdlərinə bir çox dilləri öyrədir və sovet hakimiyyəti kimi qapalı bir rejimdə dünyaya yeni pəncərə açırdı. Düzdür, həmin məktəbdə əsasən fars və ərəb dilləri daha ağırlıqlı tədris olunsa da, rus və ingilis dilləri də öyrədilirdi. Beləcə şagirdlərin başqa dilləri öyrənmək qabiliyyəti də artırılırdı.
 
 
Sirr deyil ki, hər dil başqa bir dünya olduğundan poliqlotluq da insan təfəkkürünün üfüqünü genişləndirməyə kömək edir və İnam Kərimovun indiyədək qazandığı uğurların ilk rüşeymləri məhz bu keyfiyyətində yatır. O, öz ana dilindən başqa ingilis, fransız, rus, fars dillərini də dərindən bilir və onlardan bir çoxlarını öz vətənlərində öyrənib.
 
 
Orta məktəbi Bakıda bitirən İnam Kərimov elə həmin il Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Ali Məktəbində (ing. Richmond High School) təhsilini davam etdirir. 1995-ci ildə bu məktəbdən məzun olaraq Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olunur. Təbii ki, öz intellektual potensialı ilə BDU-nin çərçivəsinə sığmayan gənc İnam 1998-ci ildə Fransanın Strasburq Universitetinə yollanır, 2000-ci ildə həmin ali məktəbdən hüquq ixtisası üzə bakalavr dərəcəsini alır. 2000–2002-ci illərdə isə Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsilini davam etdirir. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alır. Beləcə gənc mütəxəssis kimi ölkəmizə qayıdır və dövlətimizin yeniləşməsi prosesində ən istedadlı kadr kimi fəaliyyət göstərməyə başlayır.
 
 
İnam Kərimov hələ hüquq elmləri doktoru adını almamışdan əvvəl öz istedadı ilə Prezident İlham Əliyevin diqqəti cəlb etməyi bacarmış və 2012-ci ildə təsis olunan Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri vəzifəsinə gətirilmişdi. Bu vəzifədə ona bəslənən inamı doğruldan İnam Kərimov 2018-ci ildə ölkənin ən mühüm fəaliyyət sahəsinə - Kənd Təsərrüfatı naziri kürsüsünə gətirilmişdi. Bir kənd təsərrüfatı mütəxəssisi və fermer kimi deyə bilərəm ki, İnam Kərimov bu vəzifəyə başlayandan sonra Azərbaycanın aqrar sektorunda ciddi dönüşlər yaranmışdı. Xüsusilə innovativ texnologiyaların aqrar sektora tətbiqi nəticəsində kənd təsərrüfatı məhsullarının həm keyfiyyəti, həm də məhsuldarlığı artmışdı. 2018-ci ilə qədər ərzaq məhsullarının təminatında böyük ölçüdə idxalatdan asılı olan ölkəmiz məhz İnam Kərimovun nazirliyi dönəmində nəinki özü özünü təchiz edən ölkəyə, hətta bir çox sahələrdə ixracatçıya çevrilmişdi. Məsələn, Rusiya kimi böyük bazarın pomidor idxalının 40%-dən çoxunu Azərbaycan fermerləri istehsal edirdi. Eyni sözləri başqa məhsullar barədə də deyə bilərik.
 
 
İnam Kərimovun barəsində çox danışmaq olar. Mənim məqsədim onun Azərbaycanın aqrar sektorunda oynadığı rola uzun-uzadı işıq tutmaq deyil. İndiyədək dediklərim isə İnam Kərimov fenomeninə qısaca bir nəzər salmaq üçün idi. Əsl məramıma gəlincə, bu gün İnam Kərimovun 44 yaşı tamam olur. Mən bu əlamətdar gün münasibəti ilə ölkəmizin ləyaqətli oğlunu təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...