Xaricdə yaşayan jurnalistlərdən Kəlbəcərdə həlak olan həmkarları ilə bağlı MÜRACİƏT

13:58 07-06-2021 | icon 754 | KİV
Xaricdə yaşayan jurnalistlərdən Kəlbəcərdə həlak olan həmkarları ilə bağlı MÜRACİƏT

"Beynəlxalq ictimaiyyətin, jurnalist təşkilatların baş verənlərə duyarlı olmasını tələb edirik”

 

Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət edib. 

 

Versus.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

 

Bildirilib ki, media nümayəndələri müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir.

 

Müraciət mətnində deyilir:

“Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar. 

 

Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda tank əleyhinə minaya düşməsi nəticəsində ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb.

 

Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub.

 

Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Beləliklə, regionda mülki şəxslərin, xidməti vəzifələrini yerinə yetirən media mənsublarının həyatı üçün ciddi təhdidlər mövcuddur və belə bir vəziyyət biz jurnalistləri dərindən narahat edir.

 

Təəssüflə qeyd edirik ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər. Beynəlxalq insan hüquqları təşkilatlarının, jurnalist birliklərinin mülki şəxslərin, o cümlədən media təmsilçilərinin fəaliyyətinə əngəl törədən, həyatlarına son qoyan belə hüquq və qanun pozuntularına etinasız qalması bütün dünyada bu cür cinayət hallarının artmasına rəvac verə bilər”.

 

Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq, BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, “Amnesty International” və “Human Rights Watch” insan haqları qruplarına müraciət edərək bildiririk ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.

 

Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət altında saxladığı Azərbaycan ərazilərində basdırdıqları minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesini dayandırmasını, beynəlxalq ictimaiyyətin, jurnalist təşkilatlarının baş verənlərə duyarlı olmasını tələb edirik”.

 

Məmməd Gülməmmədov       Türkiyə            Haber Global

Sevil Nuriyeva                        Türkiyə           Türkmedia Grup        

Natiq Nailəoğlu                       Türkiyə            Real TV

Nigar Mahmudova                   Türkiyə           Haber Global

İlhamə Qasımlı                        Türkiyə          müstəqil jurnalist        

Məhsəti Şərif                            Türkiyə          müstəqil jurnalist        

Könül Şamilqızı                       Türkiyə           müstəqil jurnalist        

Nigar Ögeday                          Türkiyə           müstəqil jurnalist                    

Vüqar Abbasov                        Niderland       Connect təşkilatının rəhbəri, jurnalist

Xatirə Sərdarqızı                      Niderland       Real TV          

Tünzalə Rafiqqızı                    Almaniya       müstəqil jurnalist       

Fərahim Qasımov                    Almaniya       xeber.de         

Vahid İmanov                          İspaniya         müstəqil jurnalist

Səadət Kadırova                       Rusiya          politoloq, jurnalist                  

Şəhriyar İmanbəyli                  Rusiya            “Vostok”media-holdinqin vitse-prezidenti    

Xəyal  Tağıyev                        Rusiya            müstəqil jurnalist        

Nilufər Şıxlı                             Rusiya            Ria Novosti    

Ramiz Məşədihəsənli           Qazaxıstan      Türkel Media 

Əsli Xəlilqızı                           Türkiyə           müstəqil jurnalist        

Azər Cahangirov                      Rusiya            beynəlxalq jurnalist

Nailə Əfəndiyeva                    Rusiya             polska.ru saytının redaktoru  

İdrak Abbasov                        Norveç            İctimai Teleradio Şirkəti        

Azər Məmmədov                    Gürcüstan        müstəqil jurnalist        

Hicran Əliyeva                        Polşa                müstəqil jurnalist        

Vahid Qazi                              İsveç                müstəqil jurnalist        

Oqtay Hacımusalı                  Türkiyə              müstəqil jurnalist

İlkin Hüseynov                       Gürcüstan        aktual.ge

Nahid Qurbanov                     Gürcüstan        interpress.ge

Ülkər Fərmanqızı                    Türkiyə            voicepress.com.tr

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür