Fidan Hacıyeva “Şuşam mənim”ə klip çəkdirdi

20:01 07-06-2021 | icon 590 | Şou-biznes
Fidan Hacıyeva “Şuşam mənim”ə klip çəkdirdi

Xalq Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva yeni layihəsini təqdim edib.

 

Versus.Az News24.az-a istinadən xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəyə həsr olunan “Şuşam mənim” adlı layihənin klipi “YouTube” platformasına yüklənib. 

 

Fidan Hacıyeva yeni layihəsi haqda açıqlama verərkən bildirib ki, “Şuşam mənim” mahnısının bəstəkarı şəhid-pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova, sözlərin müəllifi isə Xalq şairi Vahid Əzizdir:

“Layihəmizin rəhbəri Könül Hüseynovaya təşəkkür edirəm. Bu gözəl musiqini o yaradıb. “Şuşam mənim”in sözləri Xalq şairimiz Vahid Əzizə aiddir. Klipin rejissoru Nail Naiboğludur. Klipdə şəhid və qazi övladları, həm də mənim tələbələrim çəkilib. Uşaqlarla işləmək mənim üçün bayramdır. Çünki onları çox sevirəm. Onlar çox istedadlıdırlar”.

 

Layihənin rəhbəri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dossenti, fəlsəfə doktoru Könül Hüseynova Şuşa azad olunduqdan sonra Xalq artistinin ona bu mövzuda əsər ifa etmək istəyini bildirdiyini deyib:

“Mən də böyük məmnuniyyətlə Şuşamızın gözəlliyini, tarixi keçmişini, indiki qələbəmizi özündə əks etdirən musiqi əsərini ərsəyə gətirdim. Biz də bu əsəri cənab prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə həsr edirik”.

 

Klipin rejissoru Nail Naiboğlu çəkilişlər haqda danışarkən layihənin uğurlu olacağına əminliyini dilə gətirib:

“Dəyərli Xalq artisti Fidan xanım Hacıyevanın “Şuşam mənim” adlı layihəsinə klip çəkirik. Klipdə Fidan xanımın vokal məktəbinin tələbələri çəkilib. Onların hər biri gələcəyin ulduzlarıdır. O qədər peşəkar uşaqlardılar ki, onlarla işləməkdən zövq aldım. İnanıram ki, maraqlı layihə olacaq. Düzdür, müəyyən səbəblərdən hələ ki Şuşada klip çəkə bilmirik. Amma inanıram ki, tezliklə bunu da edəcəyik. Azərbaycanımızın hər yeri Qarabağdır, Şuşadır”.

 

Klipin çəkilişləri Mərkəzi Nəbatat Bağı və Rəşid Behbudov adına Mahnı Teatrında reallaşıb. Fidan Hacıyeva klipdə üç geyimdən istifadə edib. 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...