Müsəlmanlara qarşı vəhşilik
Kanadanın London şəhərində dini zəmində cinayət hadisəsi baş verib.
“RİA Novosti” xəbər verir ki, Hayd Park ərazisində gənc sürücü avtomobilini qəsdən müsəlman ailənin üzərinə sürüb. Nəticədə bir nəfər yerindəcə, üç nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra həlak olub. Ailənin yalnız 9 yaşında bir övladı sağ qalıb. Onun aldığı zədələrin həyatı üçün heç bir təhlükə törətmədiyi bildirilib.
Şəhər meri hadisə ilə bağlı müsəlman icmasının nümayəndələri ilə görüşüb. O, insidenti müsəlmanlara yönəlmiş kütləvi qətl adlandıraraq, bunun səbəbini ağlasığmaz nifrətlə izah edib.
Hadisə ilə bağlı Londonda üç günlük matəm elan olunub, dövlət bayraqları endirilib.
Cinayəti törədən 20 yaşlı şəxs isə dərhal saxlanılıb. Şəhər polis idarəsinin rəisi məsələ ilə bağlı ilk açıqlamasında bəyan edib ki, cinayət qəsdən və dini zəmində törədilib.
“Biz hesab edirik ki, cinayət qəsdən törədilib. Hücum qurbanların müsəlman olduqları üçün baş verib”, - deyə o bildirib.
Hazırda hadisənin motivləri və digər təfərrüatları araşdırılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"